SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın hərbi-siyasi təxribatları sülh səylərinə xələl gətirir - XİN başçısı

© Sputnik / Murad OrujovГлавы МИД Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров
Главы МИД Азербайджана и России Джейхун Байрамов и Сергей Лавров - Sputnik Azərbaycan, 1920, 28.06.2023
Abunə olmaq
Nazir bildirib ki, mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycan normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətindədir.
BAKI, 28 iyun - Sputnik. "Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsi, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmaması, hərbi-siyasi təxribatları davam etdirməsi sülh səylərinə xələl gətirir.
Bunu Azərbaycanın xarici işIər naziri Ceyhun Bayramov ABŞ-a səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşündə deyib.
Nazir bildirib ki, mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycan normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətindədir
Görüşdə Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməni əsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsinin qəbuledilməzliyi vurğulanıb. Bu istiqamətdə, Ermənistan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın Azərbaycanın reinteqrasiya səylərini, o cümlədən erməni sakinlərinin sözügedən məntəqə vasitəsilə şəffaf və sərbəst hərəkətini həzm edə bilməməsinin göstəricisi olduğu qeyd edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0