Dünya bazarında neft bahalaşıb, Bakı nefti isə ucuzlaşıb
11:25 28.06.2023 (Yenilənib: 13:06 28.06.2023)
© PATRICK T. FALLONNeft buruğu
© PATRICK T. FALLON
Abunə olmaq
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,88 % azalaraq 76,47 ABŞ dolları təşkil edib.
BAKI, 28 iyun - Sputnik. Dünya bazarında neft 0,5 %-dən çox bahalaşıb.
"Brent" markalı neftin sentyabr fyuçersləri 0,52 % bahalaşaraq 72,89 ABŞ dollarına satılıb. "WTI" markalı neftin avqust fyuçerslərinin qiyməti isə 0,5 % artaraq 1 bareli 68,03 ABŞ dolları təşkil edib.
Birjalar ABŞ iqtisadiyyatı ilə bağlı ötən gün açıqlanan statistikanı qiymətləndirir. Belə ki, ABŞ-da iyun ayında istehlakçı inamı indeksi gözlənilmədən bir ay əvvəlki 102,5 bənddən 109,7 bəndədək yüksələrək 2022-ci ilin yanvarından sonra maksimum səviyyəyə çatıb. Analitiklər isə artımın 104 bəndi ilə məhdudlaşacağını gözləyirdilər. Bununla yanaşı, ekspertlər azalma proqnozlaşdırsa da, may ayında ölkədə yeni evlərin satışı aprel ayı ilə müqayisədə 12,2 % artaraq 763 minə çatıb.
Treyderlər ABŞ-da neft ehtiyatları ilə bağlı rəsmi statistikanın açıqlanmasını gözləyirlər.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,88 % azalaraq 76,47 ABŞ dolları təşkil edib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 74,51 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.