https://sputnik.az/20230628/bayramov-sallivanla-azerbaycan---ermenistan-normallasma-prosesini-muzakire-edib-456359852.html
Bayramov Sallivanla Azərbaycan - Ermənistan normallaşma prosesini müzakirə edib
Bayramov Sallivanla Azərbaycan - Ermənistan normallaşma prosesini müzakirə edib
Sputnik Azərbaycan
Görüşdə, eyni zamanda, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib. 28.06.2023, Sputnik Azərbaycan
2023-06-28T21:37+0400
2023-06-28T21:37+0400
2023-06-28T23:07+0400
siyasət
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
ararat mirzoyan
abş dövlət katibi
abş dövlət departamenti
https://cdnn1.img.sputnik.az/img/07e7/05/13/455045853_0:16:2987:1696_1920x0_80_0_0_62c0d875499fabfca0e0f01e28d73a39.jpg
BAKI, 28 iyun - Sputnik. 28 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə, eyni zamanda, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət haqqında qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsinin, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmamasının, hərbi-siyasi təxribatların davam etdirməsinin sülh səylərinə xələl gətirdiyini bildirib. Mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycanın normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu vurğulanıb.Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsinin qəbuledilməzliyi vurğulanıb. Bu istiqamətdə, Ermənistan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın Azərbaycanın reinteqrasiya səylərini, o cümlədən erməni sakinlərinin sözügedən məntəqə vasitəsilə şəffaf və sərbəst hərəkətini həzm edə bilməməsinin göstəricisi olduğu qeyd edilib.Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətə dəstək göstərilməsində maraqlı olduğunu, bu xüsusda səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/05/13/455045853_128:0:2859:2048_1920x0_80_0_0_9cb5e6c4656d6bd9f7f5d17d7922780d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, ararat mirzoyan, abş dövlət katibi, abş dövlət departamenti
ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, ararat mirzoyan, abş dövlət katibi, abş dövlət departamenti
Bayramov Sallivanla Azərbaycan - Ermənistan normallaşma prosesini müzakirə edib
21:37 28.06.2023 (Yenilənib: 23:07 28.06.2023) Görüşdə, eyni zamanda, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
BAKI, 28 iyun - Sputnik. 28 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin əsas istiqamətləri, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə, eyni zamanda, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət haqqında qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın hələ də öz öhdəliklərini yerinə yetirməməsinin, silahlı qüvvələrini tam şəkildə Azərbaycan torpaqlarından çıxarmamasının, hərbi-siyasi təxribatların davam etdirməsinin sülh səylərinə xələl gətirdiyini bildirib. Mövcud çətinlik və çağırışlara baxmayaraq, Azərbaycanın normallaşma və sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu vurğulanıb.
Ermənistanın Azərbaycanın daxili məsələsi olan Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin cəmiyyətimizə reinteqrasiyası istiqamətində görülən işlərə müdaxiləsinin qəbuledilməzliyi vurğulanıb. Bu istiqamətdə, Ermənistan tərəfindən Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatın Azərbaycanın reinteqrasiya səylərini, o cümlədən erməni sakinlərinin sözügedən məntəqə vasitəsilə şəffaf və sərbəst hərəkətini həzm edə bilməməsinin göstəricisi olduğu qeyd edilib.
Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın iki dövlət arasında sülh müqaviləsinin imzalanması istiqamətində fəaliyyətə dəstək göstərilməsində maraqlı olduğunu, bu xüsusda səylərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.