https://sputnik.az/20230628/azerbaycan-ordusunun-esgerinin-yaralanmasi-ile-bagli-cinayet-isi-baslanilib-456337910.html
Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb
Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb
Sputnik Azərbaycan
Hərbi prokurorun böyük köməkçisi bildirib ki, hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və... 28.06.2023, Sputnik Azərbaycan
2023-06-28T10:50+0400
2023-06-28T10:50+0400
2023-06-28T13:05+0400
hərbi
prokurorluq
hərbi prokurorluq
baş prokurorluq
müdafiə nazirliyi
müdafiə naziri zakir həsənov
ermənistan
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427042541_0:86:1400:874_1920x0_80_0_0_60f90f81aa4e3dfefdc0d39c9d8e4fee.jpg
BAKI, 28 iyun - Sputnik. Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb.Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkirov Əli Şükür oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub:"Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.Qeyd edək ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib. Nəticədə 4 terrorçu məhv edilib.Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yayıb.Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.
https://sputnik.az/20230628/ordumuz-ermeni-silahli-destelerinin-movqelerine-zerbeler-endirib-4-terrorcu-oldurulub--456337094.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/19/427042541_195:0:1360:874_1920x0_80_0_0_be1f173d6507bcd5f0183acc4bcda256.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prokurorluq, hərbi prokurorluq, baş prokurorluq, müdafiə nazirliyi, müdafiə naziri zakir həsənov, ermənistan, azərbaycan və ermənistan arasında müharibə
prokurorluq, hərbi prokurorluq, baş prokurorluq, müdafiə nazirliyi, müdafiə naziri zakir həsənov, ermənistan, azərbaycan və ermənistan arasında müharibə
Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb
10:50 28.06.2023 (Yenilənib: 13:05 28.06.2023) Hərbi prokurorun böyük köməkçisi bildirib ki, hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
BAKI, 28 iyun - Sputnik. Azərbaycan Ordusunun əsgərinin yaralanması ilə bağlı cinayət işi başlanılıb.
Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Bildirilib ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bəkirov Əli Şükür oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub:
"Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
Qeyd edək ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib. Nəticədə 4 terrorçu məhv edilib.
Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yayıb.
Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.