Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ağcaqanad dişləməsinin və qaşınmanın qaşısını necə almalı?

© AFP 2024 / GUILLAUME SOUVANTAğcaqanad, arxiv şəkli
Ağcaqanad, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.06.2023
Abunə olmaq
Bir neçə dəqiqə ərzində qaşınmadan xilas olmağa kömək edəcək bir neçə sadə tövsiyə var. Biz sizə ağcaqanad dişləməsi ilə necə mübarizə aparmaq lazım gəldiyini izah edəcəyik.
BAKI, 28 iyun — Sputnik. Yaz aylarında ağcaqanadlar ən xoşagəlməz bədbəxtliklərdən biri olaraq qalır. Piknik, ya da sadəcə dincəlmək üçün şəhərdən kənara çıxdıqda, bir tikə yemək yemək istədikdə, ağcaqanad sürüsü üzərimizə hücum edir, bizə təbiətdən və dadlı yeməklərdən həzz almağa imkan vermir. Ağrılı dişləmələr və dəhşətli qaşınma. Bu qaşınma bəzən günlərlə insana rahatlıq vermir. Bəs bununla bağlı nə etmək olar?
Bir ağcaqanad dişləməsindən yaranan qaşınmaya sadəcə əhəmiyyət verməmək mümkün deyil. Buna görə də qurban ağrılı bölgəni aktiv şəkildə qaşımağa başlayır. Ancaq belə "kömək" çox qısa müddətə işə yarayır, sonra qaşınma daha da güclənir. Problemin öyrənilməsinin uzun tarixi ərzində mütəxəssislər bədənin bu qıcıqlandırıcı reaksiyası ilə mübarizə aparmaq üçün bir sıra tövsiyələr hazırladılar.
Əlbəttə ki, ağcaqanad dişləməsinin qarşısını almağa çalışmaq və bunun üçün qovuculardan istifadə etmək daha yaxşıdır. Xüsusən də ağcaqanadların təhlükəli xəstəliklər yaydığı ölkələrdə. Evkalipt və ya limon yağı təbii, kimyəvi maddələrdən təmizlənmiş qovucuya üstünlük verənlər üçün yaxşı seçimdir. Ancaq artıq bir ağcaqanad hücumunun qurbanı olmusunuzsa, ağcaqanadın dişlədiyi yerin qaşınmaması üçün nə etməlisiniz?
Yeri qanayana qədər qaşımamağa çalışın
Ağrılı yeri qaşımadan dözə bilmirsizsə, heç olmasa, bunu ovucunuzun içi ilə, ya da yumşaq vasitələrin köməyilə edin. Qanama nöqtəsinə qədər didməyin, barmaqlarınızın yastıqlarından istifadə edin, dərini zədələyən dırnaqlarınızla deyil. Unutmayın ki, cırmaqlar qaşınma hissini daha da artıracaq və hətta dəriyə infeksiyanın düşməsinə səbəb olacaq.
Antihistaminləri sınayın
Ağcaqanad dişləyibsə və qaşınırsa, əvvəlcə dişləmə yerini sabun və su ilə yuyun. Sonra tibb müəssisələrinin təklif etdiyi bir çox antihistaminlərdən birini istifadə edə bilərsiniz. Bunlar tez-tez allergiya üçün istifadə olunan dərmanlardır.
Soda və sirkədən istifadə edin
Bəlkə də bu üsulların təsiri şişirdilmiş və ya yaxşı başa düşülməmişdir, lakin buna baxmayaraq, bir çoxları onların işlədiyini iddia edirlər.
Xüsusi vasitələr olmadıqda, həşərat dişləməsindən sonra iltihab və qaşınmadan xilas olmaq üçün sirkə və ya sodanın zəif bir qarışığından istifadə edə bilərsiniz. Bu məhlul belə hazırlanır: bir stəkan suda və ya qida üçün olan sirkədə bir çay qaşığı sodanı üç faizlik məhlul alınanadək qarışdırın. Sonra onu pambığın köməyilə qaşınan bölgəyə çəkin. Sodanı toz şəklində də yaraya çəkə bilərsiz. Lakin 10 dəqiqədən sonra onu yumaq lazımdır.
Ağrılı yeri dondurun
Soyuq bir şey də qaşınmanı sakitləşdirəcək. Məsələn, bir buz paketi və ya dondurulmuş tərəvəzləri 10 dəqiqə tətbiq edə bilərsiniz. Əvvəlcə onları bir dəsmalın arasına qoyun. Əgər əlinizin altında buz yoxdursa, sadəcə salfet və ya dəsmalı soyuq suya batırın və dişləmə yerinə yapışdırın.
Əlinizdə aloe, reyhan və ya nanə olsun
Aloe vera bitkisinin içərisində olan yapışqan, şəffaf gel bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Qaşıntıya qarşı təsirli bir vasitə olduğu da sübut edilmişdir. Bəzi araşdırmalara görə, reyhan və nanə ağcaqanadları dəf edə bilər və həmçinin qaşıntıları aradan qaldıra bilər. Bir neçə yarpağı əzin və dəriyə yumşaq bir şəkildə sürtün.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0