DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“Vaqner” Belarusda Rusiyanın nüvə silahlarını qorumayacaq - Prezident

© Sputnik / Сергей Пивоваров / Mediabanka keçid"Vaqner" Özəl Hərbi Şirkətinin texnikası
Vaqner Özəl Hərbi Şirkətinin texnikası - Sputnik Azərbaycan, 1920, 27.06.2023
Abunə olmaq
"Vaqner" NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitindən əvvəl təxribatlar təşkil etməyə hazırlaşmır.
BAKI, 27 iyun - Sputnik. “Vaqner” Belarusda Rusiyanın nüvə silahlarını qorumayacaq.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Onun sözlərinə görə, nüvə başlıqlarının əhəmiyyətli hissəsi artıq ölkəyə gətirilib.
"Vaqner" NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitindən əvvəl təxribatlar təşkil etməyə hazırlaşmır. Əgər bizə təxribat lazım olsaydı, mənim qərb istiqamətində minlərlə hərbçim var. Sadəcə, əmr verin, onlar istənilən təxribatı təşkil edəcəklər. Amma bu, bizə lazım deyil", - deyə Belarus prezidenti vurğulayıb.
Lukaşenko, həmçinin qeyd edib ki, o, “Vaqner”çilərə tərk edilmiş hərbi hissələrdən birində onlarla nə edəcəklərinə qərar verənə qədər qalmağı təklif edib.
Xatırladaq ki, iyunun 24-də "Vaqner" Özəl Hərbi Şirkətinin nümayəndələri silahlı üsyana cəhd təşkil ediblər. Münaqişənin deeskalasiyasına dair razılıq Belarus Prezidenti Aleksandr Lukaşenko ilə ÖHŞ-in rəhbəri Yevgeni Priqojin arasında aparılan danışıqlar nəticəsində əldə olunub. Nəticədə Priqojin "Vaqner" dəstələrini Rostov-na-Donudan çəkərək öz qərargahına dönüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0