https://sputnik.az/20230627/meshur-sehifenin-yaradicisi-sozu-lugete-daxil-etdikden-sonra-onu-refe-qoymaq-olmaz-456294596.html
Məşhur səhifənin yaradıcısı: "Sözü lüğətə daxil etdikdən sonra onu rəfə qoymaq olmaz"
Məşhur səhifənin yaradıcısı: "Sözü lüğətə daxil etdikdən sonra onu rəfə qoymaq olmaz"
Sputnik Azərbaycan
Dilçilik İnstitutu bəzi sözləri orfoqrafiya lüğətinə daxil edəndə insanların gülüş hədəfinə çevrilmişdi. Həmsözbətimiazin fikrincə həmin sözlər bir müddət... 27.06.2023, Sputnik Azərbaycan
2023-06-27T09:29+0400
2023-06-27T09:29+0400
2023-06-27T09:29+0400
mədəniyyət
söz
ifadə
insanlar
status
mədəniyyət
dilçilik institutu
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1a/456294230_0:100:960:640_1920x0_80_0_0_ed410b652ca8f2207795aa6479839d7f.jpg
BAKI, 27 iyun — Sputnik. "Grammar azi" səhifəsi son illər sosial mediada ən populyar səhifələrdən biridir. Müxtəlif obyetlərdə, KİV-lərdə olan səhvlərlə yanaşı, dövlət və hökumət nümayəndələrinin yazdığı statuslardakı səhvləri ictimaiyyətə təqdim edən səhifə hər kəsin rəğbətini qazanıb. Hazırda 65000-dən çox izləyicisi olan səhifənin yaradıcı Murad Hüseynovla həmsöhbət olduq. Qrupun yaradıcı "Grammar azi"nin yaranmasından, aktuallığından və dilimizin lüğət tərkibində olan çatışmazlıqlardan danışıb. Murad Hüseynov bildirir ki, səhifə 2016-cı ildən fəaliyyət göstərir. Yarandığı gündən bu günə qədər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb:M.Hüseynov bildirir ki, Azərbaycan dilində edilən dəyişiklikləri həmişə izləyir. Dilin qayda-qanunlarını elmi mənbələrdən öyrənir:"Çalışıram ki, kifayət qədər ciddi mənbələrdən məlumat alım ki, yanlışlıq olmasın. Bəzən özüm də yazıda diqqətsizlik edirəm, müəyyən səhvlər edirəm. Burada qəbahət heç nə yoxdur. O zaman insanlar da mənim səhvimi bildirir. Bəzən mən də kiminsə statusunda olan səhvi paylaşıram. Statusdakı səhv düzəldildikdən sonra həmin şəxs "sil" desə, silirəm. Çünki, mənim əsas məqsədim odur ki, insanlar səhvsiz yazsın. Səhvi varsa da, onu düzəltsin". ""Grammar azi" səhifəsində yüksək vəzifəli insanların səhvlərini şərh bölümündə qeyd edirsiniz. Hərdən insanlar zarafatla "səhifənin "admin"i şir ürəyi yeyib" deyirlər. Sizin hansısa paylaşımınızı və ya rəyinizi sildirmək istəyənlər olubmu?" sualına həmsöhbətimizin cavabı belə oldu:Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu "İpəzor", "Süranə" və "Geyçim və s. kimi sözləri orfoqrafiya lüğətinə daxil edəndə insanların gülüş hədəfinə çevrilmişdi. M.Hüseynov bildirir ki, həmin sözlər yeni olduğuna görə insanlar onları gülüş hədəfinə çevirdilər. Həmin sözlər bir müddət işlənsəydi, insanlar o sözləri leksionlarına daxil edəcəkdilər:Müsahibimiz alınma sözlərin leksionumuzda işlənməsini müsbət hal hesab edir. O bildirir ki, alınma sözlər dilin əsas tərkib hissədir. Həmsöhbətimiz əlavə edir ki, əgər istəyiriksə ki, dilimizdə Azərbaycan mənşəli sözlər olsun, dilimiz inkişaf etsin, burada həm dilçilər, həm də cəmiyyət fəal iştirak etməldir:Həmsöhbətimiz onu da qeyd edir ki, dil mədəniyyətin ayrılmaz hissədir. Dilin inkişafında kino və serialların əhəmiyyətli rolu var. Yaxşı olar ki, rejissorlar, ssenaristlər film çəkərkən dil məsələsinə diqqət etsinlər. Çünki onlar böyük bir kütləyə xitab edirlər:"Etiraf edək ki, bu gün kitab oxuyan daha azdır, nəinki filmə baxan. Çünki, filmə baxmaq, oradakı məlumatı emal etmək daha asandır. İnsanların bilmədiyi sözləri, ifadələri filmə elə daxil edə bilərlər ki, həmin sözlər filmə görə sevilər. Biz niyə türk dilini sevirik? Çünki o dildə filmlərə, seriallara baxırıq, musiqilər dinləyirik. Ona görə də insanlarımızın nitqlərində daha çox türkcə ifadələr var".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1a/456294230_0:0:960:720_1920x0_80_0_0_c3248c66632472811803ef15c7b29576.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
söz, ifadə, insanlar, status, mədəniyyət, dilçilik institutu
söz, ifadə, insanlar, status, mədəniyyət, dilçilik institutu
Məşhur səhifənin yaradıcısı: "Sözü lüğətə daxil etdikdən sonra onu rəfə qoymaq olmaz"
Dilçilik İnstitutu bəzi sözləri orfoqrafiya lüğətinə daxil edəndə insanların gülüş hədəfinə çevrilmişdi. Həmsözbətimiazin fikrincə həmin sözlər bir müddət işlənsəydi, insanlar o sözləri leksionlarına daxil edəcəkdilər.
BAKI, 27 iyun — Sputnik. "Grammar azi" səhifəsi son illər sosial mediada ən populyar səhifələrdən biridir. Müxtəlif obyetlərdə, KİV-lərdə olan səhvlərlə yanaşı, dövlət və hökumət nümayəndələrinin yazdığı statuslardakı səhvləri ictimaiyyətə təqdim edən səhifə hər kəsin rəğbətini qazanıb. Hazırda 65000-dən çox izləyicisi olan səhifənin yaradıcı Murad Hüseynovla həmsöhbət olduq. Qrupun yaradıcı "Grammar azi"nin yaranmasından, aktuallığından və dilimizin lüğət tərkibində olan çatışmazlıqlardan danışıb.
Murad Hüseynov bildirir ki, səhifə 2016-cı ildən fəaliyyət göstərir. Yarandığı gündən bu günə qədər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb:
"Baxırdım ki, ətrafımda - həm reklam lövhələrində, həm iaşə obyektlərinin üzərindəki adlarda, eyni zamanda sosial mediada paylaşılan statuslarda xeyli qrammatik və leksik səhvlər var. Düşünürdüm ki, bəlkə dilimizdə dəyişiklik var, mənim xəbərim yoxdur. Araşdıranda gördüm ki, heç bir dəyişiklik yoxdur. Sadəcə insanlar yanlış yazır. Bir gün *Facebook dostlarımdan biri bu səhvlərə aid paylaşımlar etdiyini gördüm. Mən ona müraciət etdim ki, nə vaxtsa belə bir səhifə yaratmaq istəsə, məni də "admin" kimi dəvət etsin. Amma sonra düşündüm ki, bunu öz üzərimə götürüm. Belə qərara gəldim ki, bir səhifə yaradım. Çox şadam ki, səhifə yaranandan sonra hər hansısa bir səhvi paylaşanda, anında həmin səhvin düzəldildiyinin şahidi oldum".
M.Hüseynov bildirir ki, Azərbaycan dilində edilən dəyişiklikləri həmişə izləyir. Dilin qayda-qanunlarını elmi mənbələrdən öyrənir:
"Çalışıram ki, kifayət qədər ciddi mənbələrdən məlumat alım ki, yanlışlıq olmasın. Bəzən özüm də yazıda diqqətsizlik edirəm, müəyyən səhvlər edirəm. Burada qəbahət heç nə yoxdur. O zaman insanlar da mənim səhvimi bildirir. Bəzən mən də kiminsə statusunda olan səhvi paylaşıram. Statusdakı səhv düzəldildikdən sonra həmin şəxs "sil" desə, silirəm. Çünki, mənim əsas məqsədim odur ki, insanlar səhvsiz yazsın. Səhvi varsa da, onu düzəltsin".
""Grammar azi" səhifəsində yüksək vəzifəli insanların səhvlərini şərh bölümündə qeyd edirsiniz. Hərdən insanlar zarafatla "səhifənin "admin"i şir ürəyi yeyib" deyirlər. Sizin hansısa paylaşımınızı və ya rəyinizi sildirmək istəyənlər olubmu?" sualına həmsöhbətimizin cavabı belə oldu:
"Buna görə heç bir problem yaşamamışam. Elə qeyri-ciddi səhifələr var ki, onlar istehza ilə, rişxənd edərək həmin yüksək vəzifəli şəxsin səhvini paylaşırlar. Amma istər prezidentin səhifəsindəki səhvi, istərsə də Elm və Təhsil Nazirinin rəsmi səhifəsindəki səhvi bildirəndə heç bir mənfi münasibət görmədim. Səhifəmiz bitərəfdir, qərəzli deyil. Bizim üçün ən önəmli məsələ Azərbaycan dilidir".
Bir müddət əvvəl Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu "İpəzor", "Süranə" və "Geyçim və s. kimi sözləri orfoqrafiya lüğətinə daxil edəndə insanların gülüş hədəfinə çevrilmişdi. M.Hüseynov bildirir ki, həmin sözlər yeni olduğuna görə insanlar onları gülüş hədəfinə çevirdilər. Həmin sözlər bir müddət işlənsəydi, insanlar o sözləri leksionlarına daxil edəcəkdilər:
"İnsanlar hər hansısa bir yeni söz eşidəndə uğurlu və ya uğursuz olmasından aslı olmayaraq həmişə tənqidi yanaşıblar. Tutaq ki, "ayaqqabı" sözünü deyəndə gülmürük, normal qarşılayırıq. Çünki, bu söz artıq ümumişlək sözdür. Eləcə də gülüş hədəfinə çevrilən sözləri də biz dilimizdə işlətsəydik, adiləşəcəkdi. Yəni, o sözlər dilmizin lüğət tərbinə daxil ediləndə mediaya, mədəniyyət sahələrinə də yayılmaldır ki, həmin sözlər insanların hafizələrində qalsın. Televiziya aparıcıları, tərcüməçilər o sözlərdən istifadə etsələr insanlar üçün o sözlər adiləşəcək. Sözü lüğətə daxil etdikdən sonra lüğəti rəfə qoymaq olmaz. Gərək o sözlər cümlənin tərkibində işlənsin ki, cəmiyyət üçün adiləşsin".
Müsahibimiz alınma sözlərin leksionumuzda işlənməsini müsbət hal hesab edir. O bildirir ki, alınma sözlər dilin əsas tərkib hissədir. Həmsöhbətimiz əlavə edir ki, əgər istəyiriksə ki, dilimizdə Azərbaycan mənşəli sözlər olsun, dilimiz inkişaf etsin, burada həm dilçilər, həm də cəmiyyət fəal iştirak etməldir:
"Tutaq ki, siz bir mövzuda status yazırsınız, amma hər hansısa bir sözün Azərbaycan dilində qarşılığını bilmirsiniz. Siz özünüz də bir söz yarada bilərsiniz və onu yaya bilərsiniz. Həmin sözü yazanda mötərizədə ingilis və ya rusca qarşılığını qeyd edirsiniz. Kütləyə həmin sözü təqdim etdikdən sonra dilçilik institutunun da bu məsələyə operativ münasibəti şərtdir. Çünki, bu gün elm və incəsənət sürətlə inkişaf edir. Hər gün yeni sözlər yaranır. Dilçilik institutu o sözlərə reaksiya verməlidir. Eyni zamanda, lüğətlər elektronlaşdırılmaldır. Doqquz ildən bir çıxan lüğətlə biz heç nəyə nail ola bilmərik".
Həmsöhbətimiz onu da qeyd edir ki, dil mədəniyyətin ayrılmaz hissədir. Dilin inkişafında kino və serialların əhəmiyyətli rolu var. Yaxşı olar ki, rejissorlar, ssenaristlər film çəkərkən dil məsələsinə diqqət etsinlər. Çünki onlar böyük bir kütləyə xitab edirlər:
"Etiraf edək ki, bu gün kitab oxuyan daha azdır, nəinki filmə baxan. Çünki, filmə baxmaq, oradakı məlumatı emal etmək daha asandır. İnsanların bilmədiyi sözləri, ifadələri filmə elə daxil edə bilərlər ki, həmin sözlər filmə görə sevilər. Biz niyə türk dilini sevirik? Çünki o dildə filmlərə, seriallara baxırıq, musiqilər dinləyirik. Ona görə də insanlarımızın nitqlərində daha çox türkcə ifadələr var".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.