https://sputnik.az/20230627/daskesende-merkezi-kuceden-sel-kecir-456321660.html
Daşkəsəndə mərkəzi küçədən sel keçir
Daşkəsəndə mərkəzi küçədən sel keçir
Sputnik Azərbaycan
Hazırda fəsadların aradan qaldırılması ilə bağlı həyata keçirilən işlər davam etdirilir. 27.06.2023, Sputnik Azərbaycan
2023-06-27T12:18+0400
2023-06-27T12:18+0400
2023-06-27T16:02+0400
daşkəsən
hadisə
sel
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427413384_361:0:3639:1844_1920x0_80_0_0_fd2ff5f1319e96be88abead64ef46d4c.jpg
BAKI, 27 iyun - Sputnik. Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bir sıra fəsadlar qeydə alınıb."Report"un məlumatına görə, güclü dolu və leysan yağışları qısa müddət ərzində şəhərdə əksər istinad divarlarını dağıdıb.Həmçinin təbiət hadisəsi nəticəsində bəzi elektrik və rabitə xətləri qırılıb, yol infrastrukturuna zərər dəyib.Bundan əlavə, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub, rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə və təsərrüfatlara ciddi ziyan vurub.Hazırda şəhərin mərkəzi küçəsindən güclü sel keçir.Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.Hazırda fəsadların aradan qaldırılması ilə bağlı həyata keçirilən işlər davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/07/427413384_770:0:3229:1844_1920x0_80_0_0_810093029ea6d34e740fc14f2b7117d4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
daşkəsən, sel
Daşkəsəndə mərkəzi küçədən sel keçir
12:18 27.06.2023 (Yenilənib: 16:02 27.06.2023) Hazırda fəsadların aradan qaldırılması ilə bağlı həyata keçirilən işlər davam etdirilir.
BAKI, 27 iyun - Sputnik. Daşkəsən rayonunda qeyri-sabit hava şəraiti səbəbindən bir sıra fəsadlar qeydə alınıb.
"Report"un məlumatına görə, güclü dolu və leysan yağışları qısa müddət ərzində şəhərdə əksər istinad divarlarını dağıdıb.
Həmçinin təbiət hadisəsi nəticəsində bəzi elektrik və rabitə xətləri qırılıb, yol infrastrukturuna zərər dəyib.
Bundan əlavə, sel suları bir çox fərdi yaşayış evlərinin bünövrəsini uçurub, rayonun Çovdar, Astaf, Qabaqtəpə, Əmirvar, Bayan, Çanaqçı, Quşçu, Alaxançallı və Qaraqullar kəndlərində yollara, fərdi yaşayış evlərinə və təsərrüfatlara ciddi ziyan vurub.
Hazırda şəhərin mərkəzi küçəsindən güclü sel keçir.
Kənd ərazilərində dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Hazırda fəsadların aradan qaldırılması ilə bağlı həyata keçirilən işlər davam etdirilir.