https://sputnik.az/20230627/ceyhun-bayramov-blinkeni-ermenistanin-tehrikci-addimlari-barede-melumatlandirib-456329922.html
Ceyhun Bayramov Blinkeni Ermənistanın təhrikçi addımları barədə məlumatlandırıb
Ceyhun Bayramov Blinkeni Ermənistanın təhrikçi addımları barədə məlumatlandırıb
Sputnik Azərbaycan
Ceyhun Bayramov sülh prosesinin uğurla nəticələnməsi üçün erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə... 27.06.2023, Sputnik Azərbaycan
2023-06-27T19:52+0400
2023-06-27T19:52+0400
2023-06-28T10:39+0400
siyasət
ceyhun bayramov
ceyhun bayramov
xarici işlər naziri ceyhun bayramov
entoni blinken
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1b/456326293_0:63:1200:738_1920x0_80_0_0_83f4dec464b4dfa6ef564aa469ea6fe1.jpg
BAKI, 27 iyun - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Antoni Blinken ilə görüşündə qarşı tərəfi Ermənistan tərəfinin sülh prosesinə mane olma cəhdləri, bir sıra təhrikçi addımları barədə məlumatlandırıb.Bu barədə məlumatı Azərbaycan XİN yayıb. Bildirilib ki, tərəflər Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycanla Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırkı regional vəziyyəti müzakirə ediblər.Ceyhun Bayramov görüş zamanı, saziş layihəsində əhatə olunmuş məsələlər üzrə Azərbaycanın mövqeyi və yanaşmalarını diqqətə çatdırıb.Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib.İkitərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dövlət katibi ilə üçtərəfli görüşü keçirilib.Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların növbəti raundunun 29 iyun tarixinə qədər davam etməsi nəzərdə tutulub.***Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Antoni Blinkenlə görüşüb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Twitterdə məlumat yayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1b/456326293_67:0:1134:800_1920x0_80_0_0_b935e4b27a9fdeeb549bedb8c7f8fc2b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, entoni blinken, ararat mirzoyan
ceyhun bayramov, ceyhun bayramov, xarici işlər naziri ceyhun bayramov, entoni blinken, ararat mirzoyan
Ceyhun Bayramov Blinkeni Ermənistanın təhrikçi addımları barədə məlumatlandırıb
19:52 27.06.2023 (Yenilənib: 10:39 28.06.2023) Ceyhun Bayramov sülh prosesinin uğurla nəticələnməsi üçün erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib.
BAKI, 27 iyun - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Antoni Blinken ilə görüşündə qarşı tərəfi Ermənistan tərəfinin sülh prosesinə mane olma cəhdləri, bir sıra təhrikçi addımları barədə məlumatlandırıb.
Bu barədə məlumatı Azərbaycan XİN yayıb.
Bildirilib ki, tərəflər Azərbaycan-Ermənistan sülh prosesini, Azərbaycanla Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların perspektivlərini, hazırkı regional vəziyyəti müzakirə ediblər.
Ceyhun Bayramov görüş zamanı, saziş layihəsində əhatə olunmuş məsələlər üzrə Azərbaycanın mövqeyi və yanaşmalarını diqqətə çatdırıb.
Sülh prosesinin uğurla nəticələnməsi üçün bu addımlardan çəkinməyin, Azərbaycan ərazilərindən hələ də tam olaraq çıxarılmayan erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasının, ərazi bütövlüyü və suverenliyə həm sözdə, həm də əməldə riayət edilməsinin vacib olduğu bildirilib.
İkitərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dövlət katibi ilə üçtərəfli görüşü keçirilib.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqların növbəti raundunun 29 iyun tarixinə qədər davam etməsi nəzərdə tutulub.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Antoni Blinkenlə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Twitterdə məlumat yayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.