SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Blinken Azərbaycanla Ermənistanın sülh danışıqlarını dəstəklədiklərini bəyan edib

© AP Photo / Petr David JosekABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken - Sputnik Azərbaycan, 1920, 27.06.2023
Abunə olmaq
ABŞ-ın dövlət katibi qeyd edib ki, bu həftə Xarici İşlər üzrə Milli Təlim Mərkəzində xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla sülh danışıqları aparırla. Dialoq davamlı sülhün açarıdır.
BAKI, 27 iyun - Sputnik. "Biz uzunmüddətli və layiqli razılığın əldə olunması üçün Azərbaycan və Ermənistanın birgə fəaliyyətini dəstəkləyirik".
Bu barədə ABŞ dövlət katibi Antoni Blinken Twitter hesabında yazıb.
"Bu həftə Xarici İşlər üzrə Milli Təlim Mərkəzində xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla sülh danışıqları aparırıq. Dialoq davamlı sülhün açarıdır", - Blinken qeyd edib.
Qeyd edək ki, iyunun 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə ikitərəfli görüşlər keçirib. Daha sonra Blinken iki ölkənin xarici işlər nazirləri ilə görüşüb.
ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller bundan əvvəl keçirdiyi brifinqdə deyib ki, Azərbaycanla Ermənistan arasında sülhün təminatı üçün birbaşa dialoq çox vacibdir.
"ABŞ Azərbaycan və Ermənistanın son zamanlar sülh prosesində səmərəli iştirakından şaddır. Bu gün görüşün ilk günü idi və müzakirələr iyunun 29-dək davam edəcək. Prosesin inkişafı üçün onlara kömək edəcəyik", - Metyu Miller qeyd edib.
Departament rəsmisi vurğulayıb ki, dövlət katibi Antoni Blinken hər iki ölkənin xarici işlər naziri ilə dəfələrlə danışıqlar aparıb:
"Hesab edirik ki, bu görüşlər vacibdir. Bu həftə irəliləyiş əldə etməyin vacib olduğunu düşünürük".
Danışıqlar iyunun 29-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü - Sputnik Azərbaycan, 1920, 27.06.2023
SİYASƏT
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb - FOTO
Xəbər lenti
0