Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

© Sputnik / Ilham MustafayevTəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan, 1920, 27.06.2023
Abunə olmaq
Sərnişin İbrahimov Nazim Zülfəli oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
BAKI, 27 iyun - Sputnik. Bakı-Quba yolunda yük maşını aşıb, ölən və yaralanan var.
"Report" xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Mustafeyev Bəhruz Vaqif oğlunun idarə etdiyi yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Sürücü hadisə yerində ölüb.
Sərnişin İbrahimov Nazim Zülfəli oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır.
Xəbər lenti
0