SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Dövlət katibi Mirzoyandan sonra Bayramovla görüşüb

© Photo : MFA AzerbaijanABŞ Dövlət katibi Mirzoyandan sonra Bayramovla görüşüb
ABŞ Dövlət katibi Mirzoyandan sonra Bayramovla görüşüb - Sputnik Azərbaycan, 1920, 27.06.2023
Abunə olmaq
Görüş ABŞ Dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Arlinqtonda, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutub.
BAKI, 27 iyun - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-a işgüzar səfəri çərçivəsində dövlət katibi Entoni Blinkenlə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “Twitter“də məlumat yayıb.
Bildirilib ki, görüş ABŞ Dövlət katibi Entoni Blinkenin təşkilatçılığı ilə Arlinqtonda, Corc P. Shultz Milli Xarici Əlaqələr Tədris Mərkəzində baş tutub.
Azərbaycan XİN başçısı ilə ikitərəfli görüşdən sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, bundan öncə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Entoni Blinken arasında görüş baş tutub.
Dövlət Departamenti - Sputnik Azərbaycan, 1920, 27.06.2023
SİYASƏT
Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”
Xəbər lenti
0