DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya dağılsa, hamımız dağıntılar altında qalacağıq - Lukaşenko

© Sputnik / Dmitriy Astahov / Mediabanka keçidПрезидент Белоруссии Александр Лукашенко, фото из архива
Президент Белоруссии Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.06.2023
Abunə olmaq
BAKI, 27 iyun - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya dağılsa, nə baş verəcəyini izah edib.
"Əgər Rusiya dağılsa, dağıntılar altında qalacağıq, hamımız öləcəyik", - o, deyib.
Belarus Prezidenti qeyd edib ki, qlobal münaqişə təhlükəsi heç vaxt indiki qədər yaxın olmayıb.
"Ən pisi odur ki, qarışıqlıq olsaydı, Qərb dərhal bundan istifadə edərdi. Yeni qlobal münaqişə təhlükəsi heç vaxt indiki qədər yaxın olmayıb. Yenə də ölkəmizi, bütün regionumuzu partlatmağa, insanları çaşdırmağa, vəziyyəti hər vasitə ilə sarsıtmağa və bu hay-küy altında öz qaydalarını tətbiq etməyə, öz nizamlarını qurmağa çalışırlar. O nizam-intizam ki, orada artıq nə bizim ölkələrimiz, nə də xalqlarımız olacaq", - Prezidebt deyib.
Lukaşenkonun fikrincə, Qərbin "imitasiya”sı yüzlərlə, minlərlə insanın həyatına başa gəlir:
"Bizi kollektiv Qərbin real planları və niyyətləri barədə çaşdırmağa çalışırlar. Təəssüflər olsun ki, bizim vəziyyəti dinc danışıqlar yolu ilə həll etmək cəhdlərimizə indi orada "diplomatik imitasiya” deyirlər. Bu "imitasiya”nın qiyməti yüzlərlə, minlərlə insanın həyatına başa gəlir. Bu gün biz NATO-nun yeni genişlənmə dalğasını və alyans üzvlərinin regionda, o cümlədən sərhədlərimizin bilavasitə yaxınlığında potensialının görünməmiş şəkildə artırılmasını açıq şəkildə görürük".
Aleksandr Lukaşenko - Sputnik Azərbaycan, 1920, 27.06.2023
DÜNYA XƏBƏRLƏRİ
Lukaşenko Rusiyadakı vəziyyətə görə ordunun tam döyüş vəziyyətinə gətirilməsi əmrini verib
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0