DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna üzrə rəsmi danışıqlar iyulda başlaya bilər

© AFP 2024 / GENYA SAVILOVUkrayna bayrağı
Ukrayna bayrağı - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Abunə olmaq
Şənbə günü Kopenhagendə Qərb ölkələrinin diplomatlarının iştirakı ilə Ukrayna ilə bağlı beynəlxalq toplantı keçirilib.
BAKI, 22 iyun — Sputnik. Qərbin məqsədi Ukrayna ətrafında vəziyyətə hələ də bitərəf qalan bu BRİKS ölkələrindən dəstək almaq olub. Ukraynadakı münaqişənin həlli ilə bağlı rəsmi danışıqlar iyulda baş tuta bilər. Bu barədə bazar ertəsi ARD telekanalı mənbələrə istinadən məlumat yayıb.
ARD şənbə günü Kopenhagendə Qərb ölkələrinin diplomatları, həmçinin Braziliya, Hindistan, Çin və Cənubi Afrikadan olan nümayəndələrin iştirakı ilə Ukrayna ilə bağlı beynəlxalq toplantının “ən ciddi məxfilik şəraitində” keçirildiyini bildirib.
Telekanal qeyd edib ki, Qərbin məqsədi Ukrayna ətrafında vəziyyətə hələ də bitərəf qalan bu BRİKS ölkələrindən dəstək almaq olub. Danışıqlar Kiyevin təşəbbüsü ilə aparılıb.
İyunun 23-də Aİ nümayəndəsi jurnalistlərə təsdiqləyib ki, Ukrayna 24 iyunda Kopenhagendə Qərb ölkələrinin nümayəndələrinin Qlobal Cənub ölkələrindən olan həmkarları ilə görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Daha əvvəl Bloomberg mənbələrə istinadən xəbər vermişdi ki, tədbirdə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Avropa Komissiyasının nümayəndələri, Cənubi Afrika, Braziliya və Hindistandan olan nümayəndələr, eləcə də “yüksək vəzifəli Ukrayna rəsmilərindən biri iştirak edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0