https://sputnik.az/20230626/soyudlu-kendinde-kompleks-ekoloji-monitorinqler-davam-edir-456309241.html
Söyüdlü kəndində kompleks ekoloji monitorinqlər davam edir
Söyüdlü kəndində kompleks ekoloji monitorinqlər davam edir
Sputnik Azərbaycan
iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin... 26.06.2023, Sputnik Azərbaycan
2023-06-26T18:28+0400
2023-06-26T18:28+0400
2023-06-26T18:28+0400
cəmiyyət
gədəbəy
ekoloji təmizlik
monitorinq
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456157572_159:0:1441:721_1920x0_80_0_0_db794a0342b2705a201f20ffa025497d.jpg
BAKI, 26 iyun - Sputnik. Gədəbəy rayonunun Söyüdlü kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kompleks ekoloji monitorinqlər davam etdirilir. Azərtac xəbər verir ki, kəndin ərazisindəki texnoloji obyektlərin yaxınlığında ətraf mühitə təsirlərin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən kompleks ekoloji monitorinqlər aparılır, müxtəlif koordinatlardan su və torpaq nümunələri götürülür.Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə müvafiq Komissiya tərəfindən ərazidə kompleks monitorinqlər davam etdirilir.Aparılan kompleks monitorinqlərin nəticələri təhlil olunacaq və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək.Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir.Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456157572_320:0:1281:721_1920x0_80_0_0_af5704d621d44bec7cfb69b7d6d04f04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gədəbəy, ekoloji təmizlik, monitorinq
gədəbəy, ekoloji təmizlik, monitorinq
Söyüdlü kəndində kompleks ekoloji monitorinqlər davam edir
iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə komissiya yaradılıb.
BAKI, 26 iyun - Sputnik. Gədəbəy rayonunun Söyüdlü kəndində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kompleks ekoloji monitorinqlər davam etdirilir. Azərtac xəbər verir ki, kəndin ərazisindəki texnoloji obyektlərin yaxınlığında ətraf mühitə təsirlərin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən kompleks ekoloji monitorinqlər aparılır, müxtəlif koordinatlardan su və torpaq nümunələri götürülür.
Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə müvafiq Komissiya tərəfindən ərazidə kompleks monitorinqlər davam etdirilir.
Aparılan kompleks monitorinqlərin nəticələri təhlil olunacaq və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək.
Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir.
Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.