https://sputnik.az/20230626/qarabagin-ermeni-sakinleri-lacin-buraxilis-menteqesinden-serbest-kecir---vdeo-456303175.html
Qarabağın erməni sakinləri Laçın buraxılış məntəqəsindən sərbəst keçir - VİDEO
Qarabağın erməni sakinləri Laçın buraxılış məntəqəsindən sərbəst keçir - VİDEO
Sputnik Azərbaycan
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə erməni sakinlərin məntəqədə sənədləri yoxlanıldıqdan sonra maneəsiz keçidi təmin edilib. 26.06.2023, Sputnik Azərbaycan
2023-06-26T13:52+0400
2023-06-26T13:52+0400
2023-06-26T13:52+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
laçın
sərhəd
beynəlxalq qızıl xaç komitəsi
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0f/455949418_0:21:637:379_1920x0_80_0_0_c63dbca7e9c004b8a05b851e9e1968e3.jpg
BAKI, 26 iyun — Sputnik. Qarabağın erməni əhalisinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə imkan yaradılıb. APA xəbər verir ki, erməni sakinlərin məntəqədə sənədləri yoxlanıldıqdan sonra maneəsiz keçidi təmin edilib. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşdə deyib ki, erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib. Azərbaycan tərəfinin hal-hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0f/455949418_52:0:585:400_1920x0_80_0_0_123a5b30a61e2132d8a605e749ca51b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
laçın, sərhəd, beynəlxalq qızıl xaç komitəsi
laçın, sərhəd, beynəlxalq qızıl xaç komitəsi
Qarabağın erməni sakinləri Laçın buraxılış məntəqəsindən sərbəst keçir - VİDEO
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə erməni sakinlərin məntəqədə sənədləri yoxlanıldıqdan sonra maneəsiz keçidi təmin edilib.
BAKI, 26 iyun — Sputnik. Qarabağın erməni əhalisinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə imkan yaradılıb.
APA xəbər verir ki, erməni sakinlərin məntəqədə sənədləri yoxlanıldıqdan sonra maneəsiz keçidi təmin edilib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşdə deyib ki, erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.
Azərbaycan tərəfinin hal-hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.