Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

26 iyun - Bu mahnılar Vətənin keşiyində olan igidlərimizə həsr olunub

© Sputnik / Murad OrujovBakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları
Bakıda Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları - Sputnik Azərbaycan, 1920, 26.06.2023
Abunə olmaq
Hərbi vətənpərvərlik ruhunda yazılan əsərlər bir çox musiqiçilərin repertuarının əsasını təşkil edir. Xüsusən Birinci bə İkinci Qarabağ savaşından sonra bu mövzuda musiqili əsələr daha çox yazılıb.
BAKI, 26 iyun — Sputnik. Milli silahlı qüvvələrin formalaşması prosesi ötən əsrin əvvəllərindən başlayıb - 1918-ci ildən. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradılıb.
Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olub. Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayanıb.
Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Musiqçilərimiz torpağımızın keşiyində dayan igirlər üçün əsərlər həsr edib. Sputnik Azərbaycan Azərbaycan igidlərinə həsr olunmuş mahnıları sizə təqdim edir.
"Döyüşçülər marşı" 1942-ci ildə yazılıb. Musiqinin sözləri dahi şairimiz Səməd Vurğuna, musiqisi isə Azəörbaycan musiqisinin banisi olan Üzeyir Hacıbəyova məxsusdur. Əsər İkinci Dünya müharibəsində vuruşan döyüşçülərimiz haqqındadır.
Dahi bəstəkarımız Qara Qarayev də Böyük vətən müharibəsində vuruşan döyüşçülərimiz haqqında "Əsgər" musiqisini bəstələyib. Sözügedən əsər 1958-ci ildə rejissoru Tofiq Tağızadə tərəfindən lentə alınan "Uzaq sahillərdə" filmində səslənib.
Vətənin keşiyində duran əsgərlərimiz haqqında musiqilər daha çox ötən əsrin 90-cı illərində yarandı desək, heç də yanılmarıq. Vətənin dar günündə igidləri döyüşə ruhlandırmaq üçün bəstəkarlarımız əzmlə çalışırdı. Əgərlərimiz haqqında yazılan musiqilərdən bəhs edərkən Cavanşir Quliyevin "Əsgər marşı" ilk yada düşən əsərlərdəndir. Türk şairi Əli Kaminin sözlərinə 1992-ci ildə bəstələnmiş və Dövlət himnimiz qədər sevilən marşın müəllifi xalq artisti, bəstəkar Cavanşir Quliyevdir.
Hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Azərbaycanın əməkdar artisti Nuriyyə Hüseynova ilə bir sıra mahnıları duet şəklində səsləndiriblər. Şəmistan Əlizamanlı "İgid Əsgər, möhkəm Dayan", "Cenab Leytenant", "Əsgər Marşı", "İgid oğlum, leytenantım", "And", "Güllələrin mübarək" və sair kimi onlarla döyüş ruhunda yazılan musiqini Vətən üçün canını-qanını fəda edən igid oğullarımıza həsr edib.
Xalq artisti Tünzalə Ağayeva da repertuarında igidlərimizə yer ayırmağı unutmayıb. Xalq artisti "İgidlər" mahnısı buna nümunədir.
Xalq artisi Faiq Ağayevin də repertuarında olan "Marş Çağırış" musiqisi igid döyüşçülərimizə həsr olunub.
Xalq artisti Aygün Kazımovanın "Vətən anadır, səni anan çağır" "Əsgər Marşı" da torpaqlarımızı göz bəbəyi kimi qoruyan igidlərimizə həsr olunub.
Qeyd edə ki, Aygün Kazımovanın "Vətən Anadır" mahnısı yunan musiqiçisi Haris Aleksiounun "Mia Pista Apo Fosforo" musiqisinin üzərində yazılıb. Mahnının orijinalı tam fərqli mövzuda olsa da, sanki musiqi məhz bu sözlər üçün yazılıb. Aygünün də hərbi ruhda ifası daha da vətən acısını hiss etdirir. Sözləri isə Xanım İsmayılqızıya məxsusdur.
Müğənni Musa Musayevin "Vətən oğlu" musiqisi də adından göründüyü kimi, Vətən oğullarına həsr olunub. Birinci Qarabağ müharibəsi illərində yazılan musiqini dinləyəndə insan sanki həmin illərə - Vətənin qanlı-qadalı günlərinə qayıdır. Qeyd edək ki, həmin mahnını müğənni Vüqar Yusubov da ifa edib.
Mərhum müğənni Səyyad Əlizadə"Azərbaycan əsgərləri" adlı mahnısını vətənin igid oğullarına həsr etmişdi.
Xalq artisiti Mübariz Tağıyevin 1992-ci ildə ifa etdiyi "Yada sal məni" mahnısı da bu qəbildəndir.
Musiqilərinin böyük bir hissəsini vətənpərvərlik mövzusu təşkil edən, cənubi azərbaycanlı həmvətənimiz Araz Elsəsin "Qəhrəmanların ölümü" əsəri də dinləyicilərin ürəyini riqqətə gətirir.
İkinci Qarabağ Müharibəsi zamanı əldə etdiyimiz qələbə bütün xalqımızı ruhlandırdı. 44 gün ərzində bəlkə də 100-ə yaxın vətənpərvər ruhlu mahnı yazılıb. Onlardan da biri "Qəhrəman Əsgər" oldu. Karate üzrə dünya çempionu, polkovnik Füzuli Musayevin vətənpərvər ruhunda "Qəhrəman Əsgər" adlı mahnı ən çox sevilənlər sırasındadır. Mahnının müəllifi "Qəhrəman Əsgər"ini Alim Qasımovla birlikdə səsləndirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Parad - Sputnik Azərbaycan, 1920, 26.06.2024
HƏRBİ
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106-cı ildönümüdür
Xəbər lenti
0