https://sputnik.az/20230625/ukrayna-ucun-resept-zelenskinin-sozlerinden-sonra-kiyevin-iki-secimi-qalir-456281875.html
Ukrayna üçün resept: Zelenskinin sözlərindən sonra Kiyevin iki seçimi qalır
Ukrayna üçün resept: Zelenskinin sözlərindən sonra Kiyevin iki seçimi qalır
Sputnik Azərbaycan
Qərb analitikləri düşünürlər ki, Kiyev ya yeni silahlar almalı, ya da NATO-ya daxil olmalıdır. 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T22:21+0400
2023-06-25T22:21+0400
2023-06-25T22:21+0400
vladimir zelenski
dünya xəbərləri
ukrayna
kiyev
nato
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444487259_0:0:3362:1892_1920x0_80_0_0_9b419d4911d5865b8d74ef670a96c29c.jpg
BAKI, 25 iyun — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin (USQ) ləng hücumu ilə bağlı dediklərindən sonra Kiyev və NATO-nun iki seçimi qalır - yeni silahların tədarükü və ya Qərb hərbi blokuna qoşulmaq. Bu barədə "Advance" nəşri məlumat yayıb. "Kiyev dərhal ona daha çox silah verilməsini tələb edir. Bundan əlavə, Ukraynanın hansısa sürətləndirilmiş prosedur üzrə NATO-ya daxil olması ideyası nəzərdən keçirilir", - məqalədə qeyd edilib. Nəşr bildirir ki, hazırda müəyyən edilmiş qaydalardan yan keçərək, Ukraynanı NATO-ya sürükləmək cəhdləri gedir. Və bu cür təkliflər Zelenskinin Ukrayna qoşunlarının ləng hücumu ilə bağlı sözlərindən sonra ortaya çıxıb. Bundan başqa, məqalə müəllifi Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin NATO üzvlərinin və Londonun Kiyevin Şimali Atlantika Alyansına sürətlə daxil olma planını dəstəklədiyi barədə sözlərini xatırladıb. Qeyd edilib ki, əgər bu ideya üstünlük təşkil edərsə, o zaman silahlı münaqişənin genişlənməsi baş verə bilər. Bu yaxınlarda "American Greatness"in icmalçısı Kristofer Rouç bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı ukraynalı hərbçilərin itkiləri amerikalılar üçün vacib dərs olacaq. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1d/444487259_367:0:3098:2048_1920x0_80_0_0_c280698ff5890bf1613848be887be43a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vladimir zelenski, ukrayna, kiyev, nato
vladimir zelenski, ukrayna, kiyev, nato
Ukrayna üçün resept: Zelenskinin sözlərindən sonra Kiyevin iki seçimi qalır
Qərb analitikləri düşünürlər ki, Kiyev ya yeni silahlar almalı, ya da NATO-ya daxil olmalıdır.
BAKI, 25 iyun — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin (USQ) ləng hücumu ilə bağlı dediklərindən sonra Kiyev və NATO-nun iki seçimi qalır - yeni silahların tədarükü və ya Qərb hərbi blokuna qoşulmaq.
Bu barədə "Advance" nəşri məlumat yayıb.
"Kiyev dərhal ona daha çox silah verilməsini tələb edir. Bundan əlavə, Ukraynanın hansısa sürətləndirilmiş prosedur üzrə NATO-ya daxil olması ideyası nəzərdən keçirilir", - məqalədə qeyd edilib.
Nəşr bildirir ki, hazırda müəyyən edilmiş qaydalardan yan keçərək, Ukraynanı NATO-ya sürükləmək cəhdləri gedir. Və bu cür təkliflər Zelenskinin Ukrayna qoşunlarının ləng hücumu ilə bağlı sözlərindən sonra ortaya çıxıb.
Bundan başqa, məqalə müəllifi Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin NATO üzvlərinin və Londonun Kiyevin Şimali Atlantika Alyansına sürətlə daxil olma planını dəstəklədiyi barədə sözlərini xatırladıb.
Qeyd edilib ki, əgər bu ideya üstünlük təşkil edərsə, o zaman silahlı münaqişənin genişlənməsi baş verə bilər.
Bu yaxınlarda "American Greatness"in icmalçısı Kristofer Rouç bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı ukraynalı hərbçilərin itkiləri amerikalılar üçün vacib dərs olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.