https://sputnik.az/20230625/rusiya-postsovet-mekaninda-deyeri-71-milyard-dollardan-cox-olan-450-layihe-heyata-kecirir-456239628.html
Rusiya postsovet məkanında dəyəri 71 milyard dollardan çox olan 450 layihə həyata keçirir
Rusiya postsovet məkanında dəyəri 71 milyard dollardan çox olan 450 layihə həyata keçirir
Sputnik Azərbaycan
Görünməmiş sanksiya təzyiqinə baxmayaraq, Rusiya Avrasiya dövlətləri üçün strateji tərəfdaş olmaqda davam edir və investisiya layihələrinin sayında inamlı... 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T22:53+0400
2023-06-25T22:53+0400
2023-06-25T22:53+0400
rusiya
təhlil
https://cdnn1.img.sputnik.az/img/07e6/01/02/437817353_0:0:3077:1731_1920x0_80_0_0_63b553f56407ed045c8e35444aa2cc00.jpg
Postsovet ölkələrinin iqtisadiyyatları ənənəvi olaraq Rusiya ilə bağlıdır - böyük həcmdə ticarət, nəqliyyat və logistika kommunikasiyaları, miqrantların pul köçürmələri, birgə əməkdaşlıq layihələri və daha çox şey qonşu ölkələrin rifahına ciddi təsir göstərir. "Sputnik" Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirinin müavini Dmitri Volvaçla postsovet ölkələrinin iqtisadiyyatının inkişafında Rusiyanın rolundan söhbət açıb. Rusiya nə qədər sərmayə qoyur "Hazırda Rusiya biznesi ən yaxın tərəfdaş ölkələrinin ərazilərində ümumi dəyəri 6 trilyon rubldan çox olan 450-dən çox investisiya layihəsi həyata keçirir. Rusiyanın Avrasiya məkanı ölkələri ilə əməkdaşlığı inamlı artım nümayiş etdirir", - deyə Dmitri Volvaç "Sputnik"ə müsahibəsində bildirib. "Yığılmış birbaşa investisiyaların həcmi 384,8 milyard rubl təşkil edir", - deyə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini dəqiqləşdirib. "30 iyun 2022-ci il tarixinə Ermənistanda 4,4 min Rusiya şirkəti fəaliyyət göstərirdi. Respublikada 40-dan çox iri Rusiya şirkəti fəaliyyət göstərir. Onların bəziləri ən böyük vergi ödəyiciləridir", - deyə Dmitri Volvaç bildirib. O qeyd edib ki, Belarus üçün Rusiya Federasiyası ənənəvi olaraq əsas investor olmaqda davam edir. Belarus Respublikası Milli Bankının məlumatına görə, 2022-ci ilə qədər respublika iqtisadiyyatına, təxminən 320,2 milyard rubl sərmayə qoyulub. Rusiyanın iqtisadi inkişaf nazirinin müavininin sözlərinə görə, Rusiya Federasiyası Qazaxıstanda da, investisiyaların həcminə görə lider yerlərdən birini tutur - təxminən 296,8 milyard rubl. "Rusiyanın iştirakı ilə avtomobil sənayesi, kənd təsərrüfatı maşınqayırması, dəmir yolu maşınqayırması, nüvə enerjisi və kimya sənayesi də daxil olmaqla 30-dan çox iri investisiya layihəsi həyata keçirilir", - deyə o, paylaşım edib. "Rusiya Qırğızıstana, təxminən 141,7 milyard rubl sərmayə qoyub ki, bu da ölkənin ümumi birbaşa xarici sərmayəsinin üçdə birindən çoxdur", - deyə Dmitri Volvaç sözünə davam edib. "Müxtəlif sahələrdə - mədənçilikdən, kəşfiyyatdan tutmuş istehsal və ticarətə qədər layihələr həyata keçirilir", - deyə iqtisadi inkişaf nazirinin müavini bildirib. - "İri neft-qaz şirkətləri əhalini və müəssisələri qazla təmin edir, yanacaqdoldurma məntəqələrini inkişaf etdirir, maşın və avadanlıqlarla təmin edir". Onun sözlərinə görə, Rusiya Tacikistana 107,9 milyard rubldan çox sərmayə qoyub. Rusiya Federasiyası respublikanın bütün sərmayədarları arasında 15%-ə yaxın payla Çindən sonra ikinci yeri tutur. "Rusiya kapitalının iştirakı ilə respublikada qabaqcıl təhsil təcrübəsinin tətbiqi ilə 5 rus məktəbi tikilir, səhiyyənin səviyyəsi yüksəldilir, elektrik stansiyaları modernləşdirilir, sənaye və aqrar-sənaye kompleksi yenilənir", - deyə Dmitri Volvaç bildirib. Türkmənistana, təxminən 107,9 milyard rubl sərmayə qoyulub. "Hazırda Türkmənistanda 20-dən çox investisiya layihəsi həyata keçirilir", - deyə o, sözünə davam edib. Onun sözlərinə görə, Özbəkistanda Rusiya kapitallı 3000-dən çox şirkət fəaliyyət göstərir. Onların 700-dən çoxu ötən il yaradılıb. "Avrasiya aqroekspress" birgə layihəsinin həyata keçirilməsi üzrə fəal iş davam edir. Əməkdaşlığın dərinləşdirilməsi Dmitri Volvaç deyir: "Aydındır ki, Rusiya Avrasiya regionu dövlətlərinin strateji tərəfdaşıdır. Görünməmiş sanksiya təzyiqinə baxmayaraq, biz investisiya layihələrinin sayında davamlı artım nümayiş etdiririk. Rusiyanın aparıcı şirkətləri postsovet məkanındakı tərəfdaşlarla fəal əməkdaşlıq edir və milli iqtisadiyyatların modernləşdirilməsində, yeni iş yerlərinin yaradılmasında və kooperasiya zəncirlərinin sayının artırılmasında mühüm rol oynayırlar". O qeyd edib ki, ötən il və bu ilin əvvəlində Qırğızıstanda, Azərbaycanda, İranda, Qazaxıstanda, Özbəkistanda, Tacikistanda və Türkmənistanda Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi regionlararası, sərhədlərarası və işgüzar əməkdaşlıq sahəsində bir sıra ciddi iqtisadi biznes forumlar keçirib. "Bu tədbirlərdə 6500-dən çox insan iştirak edib. Nəticələrə uyğun olaraq ticarət-iqtisadi, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığa dair 250-yə yaxın müqavilə və digər sənədlər imzalanıb", - deyə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirinin müavini paylaşıb. Onun sözlərinə görə, belə işgüzar tədbirlər Rusiyanın dost ölkələrlə ikitərəfli münasibətlərinin inkişafına mühüm töhfələr verir. "Forumlar və konfranslar çərçivəsində hökumətlərarası, idarələrarası, regionlararası sənədlər, o cümlədən işgüzar dairələr və müvafiq idarələr arasında əməkdaşlıq sazişləri imzalanır. İmzalanmış sənədlər fərqli sənaye istiqamətinə malikdir və heç də həmişə pul dəyərinə malik deyil, lakin onlar daim regionlararası əlaqələrin inkişafına töhfə verir, ölkələrimizin regionlarının daha da yaxınlaşmasına imkan yaradır", - deyə Dmitri Volvaç sözünü yekunlaşdırıb. Xatırladaq ki, 2023-cü ilin payızında 12-ci Rusiya-Azərbaycan Forumunun Stavropol diyarında (Rusiya), 10-cu Rusiya-Qırğızıstan Konfransının isə Cəlal-Abad şəhərində (Qırğızıstan) keçirilməsi planlaşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/02/437817353_177:0:2906:2047_1920x0_80_0_0_403452bc2afd6dea1809c60ced2de8db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya
Rusiya postsovet məkanında dəyəri 71 milyard dollardan çox olan 450 layihə həyata keçirir
Görünməmiş sanksiya təzyiqinə baxmayaraq, Rusiya Avrasiya dövlətləri üçün strateji tərəfdaş olmaqda davam edir və investisiya layihələrinin sayında inamlı artım nümayiş etdirir.
Postsovet ölkələrinin iqtisadiyyatları ənənəvi olaraq Rusiya ilə bağlıdır - böyük həcmdə ticarət, nəqliyyat və logistika kommunikasiyaları, miqrantların pul köçürmələri, birgə əməkdaşlıq layihələri və daha çox şey qonşu ölkələrin rifahına ciddi təsir göstərir.
"Sputnik" Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirinin müavini Dmitri Volvaçla postsovet ölkələrinin iqtisadiyyatının inkişafında Rusiyanın rolundan söhbət açıb.
Rusiya nə qədər sərmayə qoyur
"Hazırda Rusiya biznesi ən yaxın tərəfdaş ölkələrinin ərazilərində ümumi dəyəri 6 trilyon rubldan çox olan 450-dən çox investisiya layihəsi həyata keçirir. Rusiyanın Avrasiya məkanı ölkələri ilə əməkdaşlığı inamlı artım nümayiş etdirir", - deyə Dmitri Volvaç "Sputnik"ə müsahibəsində bildirib.
2022-ci ilin əvvəlinə Rusiya Federasiyası Azərbaycan iqtisadiyyatına ən böyük həcmdə birbaşa xarici investisiya cəlb edən ilk dörd ölkə sırasına daxil olub. Azərbaycanın bütün investorları arasında Rusiyanın payı 8,3% təşkil edib. Rusiya Federasiyasının özü isə bu göstərici üzrə Böyük Britaniya, Türkiyə və Kiprdən sonra 4-cü sırada qərarlaşıb.
"Yığılmış birbaşa investisiyaların həcmi 384,8 milyard rubl təşkil edir", - deyə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini dəqiqləşdirib.
Onun sözlərinə görə, Ermənistanda Rusiya investisiyaları 148,4 milyard rubl və ya respublika iqtisadiyyatına qoyulan xarici investisiyaların ümumi həcminin 40%-ni təşkil edir.
"30 iyun 2022-ci il tarixinə Ermənistanda 4,4 min Rusiya şirkəti fəaliyyət göstərirdi. Respublikada 40-dan çox iri Rusiya şirkəti fəaliyyət göstərir. Onların bəziləri ən böyük vergi ödəyiciləridir", - deyə Dmitri Volvaç bildirib.
O qeyd edib ki, Belarus üçün Rusiya Federasiyası ənənəvi olaraq əsas investor olmaqda davam edir. Belarus Respublikası Milli Bankının məlumatına görə, 2022-ci ilə qədər respublika iqtisadiyyatına, təxminən 320,2 milyard rubl sərmayə qoyulub.
Rusiyanın iqtisadi inkişaf nazirinin müavininin sözlərinə görə, Rusiya Federasiyası Qazaxıstanda da, investisiyaların həcminə görə lider yerlərdən birini tutur - təxminən 296,8 milyard rubl. "Rusiyanın iştirakı ilə avtomobil sənayesi, kənd təsərrüfatı maşınqayırması, dəmir yolu maşınqayırması, nüvə enerjisi və kimya sənayesi də daxil olmaqla 30-dan çox iri investisiya layihəsi həyata keçirilir", - deyə o, paylaşım edib.
"Rusiya Qırğızıstana, təxminən 141,7 milyard rubl sərmayə qoyub ki, bu da ölkənin ümumi birbaşa xarici sərmayəsinin üçdə birindən çoxdur", - deyə Dmitri Volvaç sözünə davam edib.
"Müxtəlif sahələrdə - mədənçilikdən, kəşfiyyatdan tutmuş istehsal və ticarətə qədər layihələr həyata keçirilir", - deyə iqtisadi inkişaf nazirinin müavini bildirib. - "İri neft-qaz şirkətləri əhalini və müəssisələri qazla təmin edir, yanacaqdoldurma məntəqələrini inkişaf etdirir, maşın və avadanlıqlarla təmin edir".
Onun sözlərinə görə, Rusiya Tacikistana 107,9 milyard rubldan çox sərmayə qoyub. Rusiya Federasiyası respublikanın bütün sərmayədarları arasında 15%-ə yaxın payla Çindən sonra ikinci yeri tutur.
"Rusiya kapitalının iştirakı ilə respublikada qabaqcıl təhsil təcrübəsinin tətbiqi ilə 5 rus məktəbi tikilir, səhiyyənin səviyyəsi yüksəldilir, elektrik stansiyaları modernləşdirilir, sənaye və aqrar-sənaye kompleksi yenilənir", - deyə Dmitri Volvaç bildirib.
Türkmənistana, təxminən 107,9 milyard rubl sərmayə qoyulub. "Hazırda Türkmənistanda 20-dən çox investisiya layihəsi həyata keçirilir", - deyə o, sözünə davam edib.
Özbəkistana 280 milyard rubldan çox sərmayə qoyulub. "Biz birgə layihələrin sayını artırmağa davam edirik. 2022-ci ildə şirkətlər avtomobil sənayesi, telekommunikasiya və kənd təsərrüfatı sahələrində 19 layihənin işlənib hazırlanmasına başlanıldığını bildiriblər", - deyə Dmitri Volvaç qeyd edib.
Onun sözlərinə görə, Özbəkistanda Rusiya kapitallı 3000-dən çox şirkət fəaliyyət göstərir. Onların 700-dən çoxu ötən il yaradılıb. "Avrasiya aqroekspress" birgə layihəsinin həyata keçirilməsi üzrə fəal iş davam edir.
Əməkdaşlığın dərinləşdirilməsi
Dmitri Volvaç deyir: "Aydındır ki, Rusiya Avrasiya regionu dövlətlərinin strateji tərəfdaşıdır. Görünməmiş sanksiya təzyiqinə baxmayaraq, biz investisiya layihələrinin sayında davamlı artım nümayiş etdiririk. Rusiyanın aparıcı şirkətləri postsovet məkanındakı tərəfdaşlarla fəal əməkdaşlıq edir və milli iqtisadiyyatların modernləşdirilməsində, yeni iş yerlərinin yaradılmasında və kooperasiya zəncirlərinin sayının artırılmasında mühüm rol oynayırlar".
O qeyd edib ki, ötən il və bu ilin əvvəlində Qırğızıstanda, Azərbaycanda, İranda, Qazaxıstanda, Özbəkistanda, Tacikistanda və Türkmənistanda Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi regionlararası, sərhədlərarası və işgüzar əməkdaşlıq sahəsində bir sıra ciddi iqtisadi biznes forumlar keçirib.
"Bu tədbirlərdə 6500-dən çox insan iştirak edib. Nəticələrə uyğun olaraq ticarət-iqtisadi, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığa dair 250-yə yaxın müqavilə və digər sənədlər imzalanıb", - deyə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirinin müavini paylaşıb.
"Ənənəvi olaraq bu cür forum və konfranslar baş nazirlərin və dövlətin birinci şəxslərinin iştirakı ilə yüksək səviyyədə keçirilir ki, bu da tərəfdaş ölkələrin strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə və müxtəlif sahələrdə qarşılıqlı münasibətlərin birgə inkişafına yönəldildiyini göstərir", - deyə Dmitri Volvaç bildirib.
Onun sözlərinə görə, belə işgüzar tədbirlər Rusiyanın dost ölkələrlə ikitərəfli münasibətlərinin inkişafına mühüm töhfələr verir.
"Forumlar və konfranslar çərçivəsində hökumətlərarası, idarələrarası, regionlararası sənədlər, o cümlədən işgüzar dairələr və müvafiq idarələr arasında əməkdaşlıq sazişləri imzalanır. İmzalanmış sənədlər fərqli sənaye istiqamətinə malikdir və heç də həmişə pul dəyərinə malik deyil, lakin onlar daim regionlararası əlaqələrin inkişafına töhfə verir, ölkələrimizin regionlarının daha da yaxınlaşmasına imkan yaradır", - deyə Dmitri Volvaç sözünü yekunlaşdırıb.
Xatırladaq ki, 2023-cü ilin payızında 12-ci Rusiya-Azərbaycan Forumunun Stavropol diyarında (Rusiya), 10-cu Rusiya-Qırğızıstan Konfransının isə Cəlal-Abad şəhərində (Qırğızıstan) keçirilməsi planlaşdırılır.