CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir müavini: Taksilərdə əlavə cihazın quraşdırılmasına ehtiyac görmürük

© Photo : Baku City Chief Police DepartmentTaksi, arxiv şəkli
Taksi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
Rəhman Hümmətov bildirib ki, fərdi sahibkarlar reysqabağı müayinə ilə məşğul ola bilər. Bunu müəyyən yerli tibbi xidmət müəssisələri vasitəsilə edə bilərlər. Bu və ya digər məsələlərin təşkili üçün müəyyən vaxt lazım olacaq.
BAKI, 25 iyun - Sputnik. "Qanun layihəsində taksometr anlayışı verilib. Bunun cihaz olması və proqram təminatı olması haqqında qeydlər var. Hazırda taksilərdə telefonla prosesin idarə olunduğunu gördüyümüz üçün yenidən taksometrin taksilərə qoşulmasına gərək görmürük.
Bunu Milli Məclisin dünən keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, smartfondan istifadə etməyən vətəndaşlar olarsa, bu cihazı da qoşa bilərlər. O, reys qabağı müayinə məsələsinə də diqqət çəkib: “Sürücünün özü də reysqabağı müayinə olunacaq. Hazırda başqa ölkələrin də təcrübəsini nəzərə alaraq taksopark və qarajların yaradılması lazımdır. Vətəndaş və məmur təması olmaması üçün bu prosesi müasir cihazlar vasitəsilə quracağıq. Biz sadəcə, bu şəraitin sahibkar tərəfindən qarajlarda yaradılmasına nəzarət edəcəyik”.
Rəhman Hümmətov əlavə edib ki, fərdi sahibkarlar reysqabağı müayinə ilə məşğul ola bilər: "Bunu müəyyən yerli tibbi xidmət müəssisələri vasitəsilə edə bilərlər. Bu və ya digər məsələlərin təşkili üçün müəyyən vaxt lazım olacaq. Buna görə də qanun 1 oktyabrdan qüvvəyə minəcək".
Xəbər lenti
0