https://sputnik.az/20230625/nazir-ermenistanin-herbi-siyasi-texribatlarini-davam-etdirmesi-sulh-seylerine-tehdiddir-456285113.html
Nazir: Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsi sülh səylərinə təhdiddir"
Nazir: Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsi sülh səylərinə təhdiddir"
Sputnik Azərbaycan
Ceyhun Bayramov iyunun 25-də UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili və Baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela... 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T17:03+0400
2023-06-25T17:03+0400
2023-06-25T17:03+0400
ceyhun bayramov
siyasət
unesco
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456284947_0:140:3071:1867_1920x0_80_0_0_a0cf832b9fe4a02fc264fbdfc5281b3c.jpg
BAKI, 25 iyun — Sputnik. İyunun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili və Baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb. XİN-nin yaydığı məlumata görə, görüşdə, Azərbaycan və UNESCO arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycanın UNESCO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi" çərçivəsində təşkil olunan çoxsaylı beynəlxalq layihələrin əhəmiyyəti vurğulanıb. Ölkəmizin cari ilin 26-29 iyun tarixlərində dünyada bədən tərbiyəsi və idman sahəsində ən əhəmiyyətli tədbirlərdən biri olan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransına (MINEPS) ev sahibliyi etdiyi və bir çox ölkələrdən yüksək səviyyəli rəsmilərin iştirakı məmnunluqla qeyd olunub. Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə, eləcə də mina təhlükəsi kimi bir sıra təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın göstərdiyi səylərə baxmayaraq, Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsinin görülən bərpa-quruculuq işlərinə və sülh səylərinə təhdid olduğu bildirilib. UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili, Azərbaycanın UNESCO ilə aktiv əməkdaşlıq etdiyini bildirərək, MINEPS-in Bakıda keçirilməsinin bu əməkdaşlığın bariz nümunələrindən biri olduğunu bildirib. Bu xüsusda, sözügedən tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi səylərə görə Azərbaycana təşəkkür ifadə olunub. Baş direktorun müavini Qabriela Ramos məsul olduğu sosial və humanitar elmlər sahəsində UNESCO tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər, o cümlədən mədəniyyətlərarası dialoq, sosial innovasiyalar, süni zəka və idman fəaliyyəti kimi bir sıra istiqamətlər barədə ətraflı məlumat verib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/19/456284947_191:0:2922:2048_1920x0_80_0_0_827998c1140b6281ca298e8bcda05fba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, unesco, ermənistan
ceyhun bayramov, unesco, ermənistan
Nazir: Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsi sülh səylərinə təhdiddir"
Ceyhun Bayramov iyunun 25-də UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili və Baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşdə deyib.
BAKI, 25 iyun — Sputnik. İyunun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili və Baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb.
XİN-nin yaydığı məlumata görə, görüşdə, Azərbaycan və UNESCO arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın UNESCO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi" çərçivəsində təşkil olunan çoxsaylı beynəlxalq layihələrin əhəmiyyəti vurğulanıb.
Ölkəmizin cari ilin 26-29 iyun tarixlərində dünyada bədən tərbiyəsi və idman sahəsində ən əhəmiyyətli tədbirlərdən biri olan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransına (MINEPS) ev sahibliyi etdiyi və bir çox ölkələrdən yüksək səviyyəli rəsmilərin iştirakı məmnunluqla qeyd olunub.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə, eləcə də mina təhlükəsi kimi bir sıra təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın göstərdiyi səylərə baxmayaraq, Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsinin görülən bərpa-quruculuq işlərinə və sülh səylərinə təhdid olduğu bildirilib.
UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili, Azərbaycanın UNESCO ilə aktiv əməkdaşlıq etdiyini bildirərək, MINEPS-in Bakıda keçirilməsinin bu əməkdaşlığın bariz nümunələrindən biri olduğunu bildirib. Bu xüsusda, sözügedən tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi səylərə görə Azərbaycana təşəkkür ifadə olunub.
Baş direktorun müavini Qabriela Ramos məsul olduğu sosial və humanitar elmlər sahəsində UNESCO tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər, o cümlədən mədəniyyətlərarası dialoq, sosial innovasiyalar, süni zəka və idman fəaliyyəti kimi bir sıra istiqamətlər barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.