https://sputnik.az/20230625/misir-hindistani-desteklemeye-hazirdir---ebdulfettah-es-sisi-456282028.html
Misir Hindistanı dəstəkləməyə hazırdır - Əbdülfəttah əs-Sisi
Misir Hindistanı dəstəkləməyə hazırdır - Əbdülfəttah əs-Sisi
Sputnik Azərbaycan
Əs-Sisi, qlobal böhranların dünya iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almağa Hindistanın G20-yə fəal sədrliyinin kömək edəcəyinə inamını ifadə edib. 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T23:27+0400
2023-06-25T23:27+0400
2023-06-25T23:27+0400
əbdülfəttah əs-sisi
dünya xəbərləri
misir
qahirə
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439483948_0:0:2911:1637_1920x0_80_0_0_5c20486e65a31b305509788c61178a38.jpg
BAKI, 25 iyun — Sputnik. Misir hakimiyyəti enerji, ətraf mühit, ərzaq çatışmazlığı və maliyyə sahəsində qlobal böhranların aradan qaldırılması üçün ən təsirli yolların tapılmasında G20-nin sədri kimi Hindistanı dəstəkləməyə hazırdır. Bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi Misirin paytaxtında rəsmi səfərdə olan Hindistanın baş naziri Narendra Modi ilə danışıqları zamanı deyib. "Danışıqlar zamanı qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb", - Misir prezidentinin mətbuat xidmətinin yaydığı press-relizdə deyilir. Əs-Sisi, qlobal böhranların dünya iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almağa Hindistanın G20-yə fəal sədrliyinin kömək edəcəyinə inamını ifadə edib. Misir prezidenti Qahirənin enerji, ətraf mühit, ərzaq çatışmazlığı və inkişaf etməkdə olan ölkələr üçün maliyyə imkanları sahəsində böhranların aradan qaldırılması üçün ən yaxşı yolların tapılması üçün danışıqları konstruktiv istiqamətə yönəltmək üçün Yeni Dehli ilə işləməyə tam hazır olduğunu qeyd edib. Görüşdə həmçinin rabitə və informasiya texnologiyaları, əczaçılıq sənayesi, xüsusilə də zərdab və peyvənd istehsalı, ali təhsil, yeni və bərpa olunan enerji mənbələri, o cümlədən yaşıl hidrogen, turizm və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsi yolları müzakirə olunub. Bununla bağlı Qahirə ilə Yeni Dehli arasında birbaşa aviareyslərin yaradılmasının zəruriliyi diqqətə çatdırılıb. Əs-Sisi və Modi iki ölkə arasında ticarətin həcminin artırılması və strateji malların mübadiləsi, eləcə də Misirə Hindistan investisiyalarının həcminin artırılması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. Danışıqların sonunda əs-Sisi Hindistanın baş nazirinə Misirin ən yüksək dövlət mükafatı olan "Nil boyunbağı" ordenini təqdim edib. Bundan əvvəl bildirilmişdi ki, Misir prezidenti və Hindistanın baş naziri Qahirədə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi haqqında birgə bəyannamə imzalayıblar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/17/439483948_0:0:2731:2048_1920x0_80_0_0_f9d682af166d82cee466af292ed15f30.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
əbdülfəttah əs-sisi, misir, qahirə
əbdülfəttah əs-sisi, misir, qahirə
Misir Hindistanı dəstəkləməyə hazırdır - Əbdülfəttah əs-Sisi
Əs-Sisi, qlobal böhranların dünya iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almağa Hindistanın G20-yə fəal sədrliyinin kömək edəcəyinə inamını ifadə edib.
BAKI, 25 iyun — Sputnik. Misir hakimiyyəti enerji, ətraf mühit, ərzaq çatışmazlığı və maliyyə sahəsində qlobal böhranların aradan qaldırılması üçün ən təsirli yolların tapılmasında G20-nin sədri kimi Hindistanı dəstəkləməyə hazırdır. Bunu Misir prezidenti Əbdülfəttah əs-Sisi Misirin paytaxtında rəsmi səfərdə olan Hindistanın baş naziri Narendra Modi ilə danışıqları zamanı deyib.
"Danışıqlar zamanı qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparılıb", - Misir prezidentinin mətbuat xidmətinin yaydığı press-relizdə deyilir.
Əs-Sisi, qlobal böhranların dünya iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almağa Hindistanın G20-yə fəal sədrliyinin kömək edəcəyinə inamını ifadə edib.
Misir prezidenti Qahirənin enerji, ətraf mühit, ərzaq çatışmazlığı və inkişaf etməkdə olan ölkələr üçün maliyyə imkanları sahəsində böhranların aradan qaldırılması üçün ən yaxşı yolların tapılması üçün danışıqları konstruktiv istiqamətə yönəltmək üçün Yeni Dehli ilə işləməyə tam hazır olduğunu qeyd edib.
Görüşdə həmçinin rabitə və informasiya texnologiyaları, əczaçılıq sənayesi, xüsusilə də zərdab və peyvənd istehsalı, ali təhsil, yeni və bərpa olunan enerji mənbələri, o cümlədən yaşıl hidrogen, turizm və mədəniyyət sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsi yolları müzakirə olunub. Bununla bağlı Qahirə ilə Yeni Dehli arasında birbaşa aviareyslərin yaradılmasının zəruriliyi diqqətə çatdırılıb. Əs-Sisi və Modi iki ölkə arasında ticarətin həcminin artırılması və strateji malların mübadiləsi, eləcə də Misirə Hindistan investisiyalarının həcminin artırılması məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.
Danışıqların sonunda əs-Sisi Hindistanın baş nazirinə Misirin ən yüksək dövlət mükafatı olan "Nil boyunbağı" ordenini təqdim edib.
Bundan əvvəl bildirilmişdi ki, Misir prezidenti və Hindistanın baş naziri Qahirədə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi haqqında birgə bəyannamə imzalayıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.