https://sputnik.az/20230625/lacin-yolu-ile-xesteler-xankendiden-ermenistana-texliye-edildi-456276248.html
Laçın yolu ilə xəstələr Xankəndidən Ermənistana təxliyə edildi
Laçın yolu ilə xəstələr Xankəndidən Ermənistana təxliyə edildi
Sputnik Azərbaycan
Ermənistanın tibb mərkəzlərinə müalicəyə göndərilmiş şəxslər bu gün ərzində onları müşayiət edən şəxslərlə Xankəndiyə qaytarılacaq. 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T15:17+0400
2023-06-25T15:17+0400
2023-06-25T15:17+0400
laçın yolu
cəmiyyət
ceyhun bayramov
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455989722_0:0:3193:1796_1920x0_80_0_0_07ec76145d1a1920b4ba8a2778d53842.jpg
BAKI, 25 iyun — Sputnik. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın-Xankəndi yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib. Sputnik Ermənistan xəbər verir ki, BQXK-ya məxsus tibbi yardım maşınları Qarabağdan 15 xəstəni Ermənistana aparıb. Eyni zamanda, Ermənistanın tibb mərkəzlərinə müalicəyə göndərilmiş şəxslər bu gün ərzində onları müşayiət edən şəxslərlə Xankəndiyə qaytarılacaq. Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb. Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel tarixindən yüzlərlə erməni sakinlərin keçidi təmin olunub. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib. Azərbaycan tərəfinin hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
laçın yolu
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455989722_310:0:3041:2048_1920x0_80_0_0_ff074e0165de6b79d9ae4aa6a922e300.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
laçın yolu, ceyhun bayramov
laçın yolu, ceyhun bayramov
Laçın yolu ilə xəstələr Xankəndidən Ermənistana təxliyə edildi
Ermənistanın tibb mərkəzlərinə müalicəyə göndərilmiş şəxslər bu gün ərzində onları müşayiət edən şəxslərlə Xankəndiyə qaytarılacaq.
BAKI, 25 iyun — Sputnik. Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tibbi ehtiyacları olan şəxslərin Laçın-Xankəndi yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib.
Sputnik Ermənistan xəbər verir ki, BQXK-ya məxsus tibbi yardım maşınları Qarabağdan 15 xəstəni Ermənistana aparıb.
Eyni zamanda, Ermənistanın tibb mərkəzlərinə müalicəyə göndərilmiş şəxslər bu gün ərzində onları müşayiət edən şəxslərlə Xankəndiyə qaytarılacaq.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb.
Nazir Ceyhun Bayramov Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə bağlı yaranmış vəziyyətlə əlaqədar bildirib ki, məntəqə təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb, 23 aprel tarixindən yüzlərlə erməni sakinlərin keçidi təmin olunub. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyət formalaşdırılması bu prosesi həzm edə bilməyən Ermənistanın 15 iyun tarixində keçid məntəqəsini atəşə tutması ilə nəticələnib və bu, Laçın sərhəd buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib.
Azərbaycan tərəfinin hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə olmuş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər gördüyü diqqətə çatdırılıb. Eyni zamanda, vurğulanıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.