https://sputnik.az/20230625/cebis-muellim-shixlinski-barede-danishir-409948572.html
Cəbiş müəllim çarın Petroqradın müdafiəsini tapşırdığı azərbaycanlı barədə
Cəbiş müəllim çarın Petroqradın müdafiəsini tapşırdığı azərbaycanlı barədə
Sputnik Azərbaycan
General Əliağa Şıxlinski məhz istedadına görə Hərbi Akademiyanı oxumadan, çar Rusiyası ordusunda ali rütbəli zabit heyətinə daxil edilən azsaylı şəxslərdəndir 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T10:00+0400
2023-06-25T10:00+0400
2023-06-25T10:00+0400
xəbərlər
video
multimedia
azərbaycan
general
əliağa şıxlinski
https://cdnn1.img.sputnik.az/img/07e7/06/17/456203540_0:20:400:245_1920x0_80_0_0_dd763b7d9adc5bc2436d83ebfcd1d49f.jpg
Çar Rusiyası ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının hərbi nazirinin müavini, "artilleriyanın allahı" adını qazanmış Əliağa Şıxlinskinin hərbçi istedadı 1904-1905-ci illərdəki rus-yapon müharibəsində üzə çıxıb. Port-Artur qalasının müdafiəsi zamanı xüsusilə fərqləndiyinə görə "Qızıl qılınc" mükafatına layiq görülüb.1910-cu ildə dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" kitabı çap olunub. Bundan əlavə, "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib.I Dünya Müharibəsi zamanı onun hərbi bacarığını yüksək qiymətləndirən rəhbərlik Petroqradın artilleriya müdafiəsini məhz general Əliağa Şıxlinskiyə tapşırıb. Sonralar o, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin olunub.Çar ordusundakı şücaətinə görə, Şıxlinski "artlilleriynın allahı" adını qazanıb.Azərbaycan xalqının böyük oğlu, görkəmli hərbçi general Əliağa Şıxlinski barədə daha müfəssəl məlumat əldə temək üçün Cəbiş müəllimi dinləyə bilərsiniz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/17/456203540_0:0:400:301_1920x0_80_0_0_bec78f9f6d1bbc7018888987f7a6bbcf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, multimedia, azərbaycan, видео, general, əliağa şıxlinski
xəbərlər, multimedia, azərbaycan, видео, general, əliağa şıxlinski
Cəbiş müəllim çarın Petroqradın müdafiəsini tapşırdığı azərbaycanlı barədə
General Əliağa Şıxlinski məhz istedadına görə Hərbi Akademiyanı oxumadan, çar Rusiyası ordusunda ali rütbəli zabit heyətinə daxil edilən azsaylı şəxslərdəndir
Çar Rusiyası ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının hərbi nazirinin müavini, "artilleriyanın allahı" adını qazanmış Əliağa Şıxlinskinin hərbçi istedadı 1904-1905-ci illərdəki rus-yapon müharibəsində üzə çıxıb. Port-Artur qalasının müdafiəsi zamanı xüsusilə fərqləndiyinə görə "Qızıl qılınc" mükafatına layiq görülüb.
1910-cu ildə dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" kitabı çap olunub. Bundan əlavə, "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edilib.
I Dünya Müharibəsi zamanı onun hərbi bacarığını yüksək qiymətləndirən rəhbərlik Petroqradın artilleriya müdafiəsini məhz general Əliağa Şıxlinskiyə tapşırıb. Sonralar o, Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrında isə 10-cu ordunun komandanı təyin olunub.
Çar ordusundakı şücaətinə görə, Şıxlinski "artlilleriynın allahı" adını qazanıb.
Azərbaycan xalqının böyük oğlu, görkəmli hərbçi general Əliağa Şıxlinski barədə daha müfəssəl məlumat əldə temək üçün Cəbiş müəllimi dinləyə bilərsiniz.