Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bu dövlət qurumunun gəlir və xərcləri niyə 4 milyard manatı aşıb?

© © AAYDA-nın mətbuat xidmətiİsmayıl bəy Qutqaşınlı küçəsinin bir hissəsi təmir edildi
İsmayıl bəy Qutqaşınlı küçəsinin bir hissəsi təmir edildi - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
AAYDA-nın maliyyə hesabatında göstərilir ki, ötən ilin gəlir və xərcləri 2021-ci illə müqayisədə 2 dəfə çox olub.
BAKI, 25 iyun — Sputnik. 2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) gəlirləri və xərcləri 4 milyard 080,377 milyon manat təşkil edib.
Qurumun maliyyə hesabatında göstərilir ki, bu, 2021-ci illə müqayisədə 2 dəfə çoxdur.
AAYDA-nın ötənilki gəlirlərinin hamısı əvvəlki ildə olduğu kimi əməliyyat gəlirləri olub.
Agentliyin xərclərinə gəlincə, qurumun material xərcləri 1 milyard 015,643 milyon manat (əvvəlki ilə nisbətən 48,2 % çox), inzibati xərcləri 119,71 milyon manat (1,3% çox), sair əməliyyat xərcləri isə 2 milyard 945,024 milyon manat (2,5 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə AAYDA-nın aktivləri 27 milyard 397,103 milyon manat olub ki, bu da illik müqayisədə 21,5% çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 56,2% artaraq 356,05 milyon manata, balans kapitalı isə 21,1% artaraq 27 milyard 041,053 milyon manata, o cümlədən nizamnamə kapitalı 0,5% artaraq 716,534 milyon manata çatıb.
2022-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) kredit borclarının qaytarılmasına 4,5 milyon manat yönəldib. Bu, 2021-ci illə müqayisədə 19,6 % azdır.
Ötən il agentliyin kreditlərə çəkdiyi xərc onun ümumi xərclərinin 0,1 %-ni təşkil edib. Bu nisbət əvvəlki il 0,3% olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0