https://sputnik.az/20230625/azeristliktechizat-eneneni-pozub---payiz-qis-movsumune-indiden-hazirlasmaga-baslayib-456265720.html
"Azəristliktəchizat" ənənəni pozub - payız-qış mövsümünə indidən hazırlaşmağa başlayıb
"Azəristliktəchizat" ənənəni pozub - payız-qış mövsümünə indidən hazırlaşmağa başlayıb
Sputnik Azərbaycan
Hazırlıq işlərinin oktyabr ayına qədər başa çatdırılaraq bütün istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan əsas... 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T21:49+0400
2023-06-25T21:49+0400
2023-06-25T21:49+0400
istilik
cəmiyyət
"azəristiliktəchizat" asc
https://cdnn1.img.sputnik.az/img/40332/35/403323507_0:94:1800:1107_1920x0_80_0_0_8473b1755a7c99dc0d30e48f6c0e8666.jpg
BAKI, 25 iyun — Sputnik. "Azəristliktəchizat" ASC-də 2023-2024-cü il payız-qış mövsümə hazırlıq işləri çərçivəsində təmir-bərpa işləri davam edir. Təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq 641.536 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və yuyulub, 2.779 km istilik xətləri əsaslı təmir olunmuş, 58.429 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb, istilik xətlərində 647,02 kubmetr istilik örtük qatı təmir edilib, 382 ədəd istilik kamerası təmizlənib. 155 qazanxana və 38 istilik məntəqəsi kompleks yoxlanılıb, 1 ədəd qazan aqreqatı əsaslı və 85 ədəd cari təmir olunub. Bundan başqa, 46 dəst istilik mübadilə aparatları təmir və təftiş olunub, 130 ədəd istilik mübadilə aparatları hidravlik təzyiqə yoxlanıb, 59 dəst istilik mübadilə qurğusu mexaniki və 22 dəst kimyəvi üsulla təmizlənib. 6 ədəd nasos əsaslı, 214 ədəd cari təmir olunmuş. 20 ədəd siyirtmə,3 ədəd əks klapan, 229 ədəd müxtəlif diametrli dirsək yenisi ilə əvəz edilib. Magistral istilik xətlərinin keçdiyi ərazilərdə müxtəlif təyinatlı kommunikasiyaların və yaşayış evlərinin mövcudluğu təmir-bərpa müddətində müəyyən çətinliklərin yaratmasına baxmayaraq əməkdaşların peşəkarlığı və işlərin yüksək səviyyədə təşkili nəzərdə tutulan tədbirlərin vaxtında və təhlükəsiz icrasının təminedilməsinə imkan verir. Qeyd etmək lazımdır ki, ümumilikdə istilik təsərrüfatlarında 1000 km-dən artıq magistral və məhəlli istilik xətləri, 150 km qaz xətləri, 49 minə yaxın müxtəlif təyinatlı avadanlıq və qurğu istismar edilir. Hazırlıq işlərinin oktyabr ayına qədər başa çatdırılaraq bütün istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan əsas vəzifədir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40332/35/403323507_100:0:1700:1200_1920x0_80_0_0_4302fa2a5dbf34aafacb99953506f863.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
istilik, "azəristiliktəchizat" asc
istilik, "azəristiliktəchizat" asc
"Azəristliktəchizat" ənənəni pozub - payız-qış mövsümünə indidən hazırlaşmağa başlayıb
Hazırlıq işlərinin oktyabr ayına qədər başa çatdırılaraq bütün istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan əsas vəzifədir.
BAKI, 25 iyun — Sputnik. "Azəristliktəchizat" ASC-də 2023-2024-cü il payız-qış mövsümə hazırlıq işləri çərçivəsində təmir-bərpa işləri davam edir. Təsdiq edilmiş tədbirlər planına müvafiq olaraq 641.536 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və yuyulub, 2.779 km istilik xətləri əsaslı təmir olunmuş, 58.429 km istilik kəməri təmirdən sonra hidravlik təzyiqə yoxlanılıb, istilik xətlərində 647,02 kubmetr istilik örtük qatı təmir edilib, 382 ədəd istilik kamerası təmizlənib. 155 qazanxana və 38 istilik məntəqəsi kompleks yoxlanılıb, 1 ədəd qazan aqreqatı əsaslı və 85 ədəd cari təmir olunub.
Bundan başqa, 46 dəst istilik mübadilə aparatları təmir və təftiş olunub, 130 ədəd istilik mübadilə aparatları hidravlik təzyiqə yoxlanıb, 59 dəst istilik mübadilə qurğusu mexaniki və 22 dəst kimyəvi üsulla təmizlənib. 6 ədəd nasos əsaslı, 214 ədəd cari təmir olunmuş. 20 ədəd siyirtmə,3 ədəd əks klapan, 229 ədəd müxtəlif diametrli dirsək yenisi ilə əvəz edilib.
Magistral istilik xətlərinin keçdiyi ərazilərdə müxtəlif təyinatlı kommunikasiyaların və yaşayış evlərinin mövcudluğu təmir-bərpa müddətində müəyyən çətinliklərin yaratmasına baxmayaraq əməkdaşların peşəkarlığı və işlərin yüksək səviyyədə təşkili nəzərdə tutulan tədbirlərin vaxtında və təhlükəsiz icrasının təminedilməsinə imkan verir.
Qeyd etmək lazımdır ki, ümumilikdə istilik təsərrüfatlarında 1000 km-dən artıq magistral və məhəlli istilik xətləri, 150 km qaz xətləri, 49 minə yaxın müxtəlif təyinatlı avadanlıq və qurğu istismar edilir.
Hazırlıq işlərinin oktyabr ayına qədər başa çatdırılaraq bütün istilik təsərrüfatı avadanlıqlarının tam işlək vəziyyətə gətirilməsi qarşıya qoyulan əsas vəzifədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.