https://sputnik.az/20230625/azerbaycan-rusiya-serhedinde-kecirilen-serhed-siper-emeliyyati-yekunlasib-456261088.html
Azərbaycan-Rusiya sərhədində keçirilən "Sərhəd-sipər" əməliyyatı yekunlaşıb
Azərbaycan-Rusiya sərhədində keçirilən "Sərhəd-sipər" əməliyyatı yekunlaşıb
Sputnik Azərbaycan
"Sərhəd-sipər" adlı əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən... 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T12:28+0400
2023-06-25T12:28+0400
2023-06-25T12:28+0400
rusiya
cəmiyyət
dövlət sərhəd xidməti
sərhəd
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441636363_0:53:1024:629_1920x0_80_0_0_5fe7be678e454cb0df5a0033af5697f3.jpg
BAKI, 25 iyun — Sputnik. Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisində "Sərhəd-sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər yekunlaşıb. Əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən baş tutan əməliiyat bir həftə davam edib. İyun ayının 19-u başlayan "Sərhəd-sipər" əməliyyatı iyunun 25-də yekunlaşıb. Qeyd edək ki, aparılan əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulmuşdu. Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarət olub. İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq reallaşdırılan belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441636363_58:0:966:681_1920x0_80_0_0_69195a08d545d1c3d3cc9ccbbfc8abfb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, dövlət sərhəd xidməti, sərhəd
rusiya, dövlət sərhəd xidməti, sərhəd
Azərbaycan-Rusiya sərhədində keçirilən "Sərhəd-sipər" əməliyyatı yekunlaşıb
"Sərhəd-sipər" adlı əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən baş tutan əməliiyat bir həftə davam edib.
BAKI, 25 iyun — Sputnik. Azərbaycanın Rusiya Federasiyası ilə sərhədyanı rayonlarının ərazisində "Sərhəd-sipər" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər yekunlaşıb.
Əməliyyatlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının daxili işlər nazirləri arasında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən baş tutan əməliiyat bir həftə davam edib. İyun ayının 19-u başlayan "Sərhəd-sipər" əməliyyatı iyunun 25-də yekunlaşıb.
Qeyd edək ki, aparılan əməliyyatlarla əlaqədar Quba, Qusar, Xaçmaz, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının ərazilərində müvafiq yerlərdə polis postları qurulmuşdu.
Əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarət olub.
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq reallaşdırılan belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.