CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan ailələrində devrim: 60 yaşda, 20 ildən sonra boşananlar var

© pixabay / Raw PixelBoşanma
Boşanma - Sputnik Azərbaycan, 1920, 25.06.2023
Abunə olmaq
Boşanmaların 528-i 60 və yuxarı yaşda olan kişilər, 274-ü isə eyni yaş qrupunda olan qadınlar arasında qeydə alınıb.
BAKI, 25 iyun — Sputnik. 2022-ci ildə Azərbaycanda ümumilikdə 15983 boşanma olub ki, bunlardan da 528-i 60 və yuxarı yaşda olan kişilər, 274-ü isə eyni yaş qrupunda olan qadınlar arasında qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, 18 yaşadək kişilər arasında boşanma qeydə alınmasa da, eyni yaş qrupunda olan qadınlar arasında 3 boşanma olub.
Həmçinin 18 yaşda kişilər arasında 1, qadınlar arasında isə 31 boşanma qeydə alınıb. 19 yaşda kişilər arasında 2, qadınlar arasında 136 boşanma qeydə alınıb. 20-24 yaşda kişilər arasında 432, qadınlar arasında 2026 boşanma qeydə alınıb. 25-29 yaşda kişilər arasında 2363, qadınlar arasında 3868 boşanma qeydə alınıb.
30-34 yaşda kişilər arasında 4198, qadınlar arasında 3925 boşanma qeydə alınıb. 35-39 yaşda kişilər arasında 3525, qadınlar arasında isə 2614 boşanma qeydə alınıb. 40-44 yaşda kişilər arasında 2254, qadınlar arasında isə 1398 boşanma qeydə alınıb. 45-49 yaşda kişilər arasında 1288, qadınlar arasında isə 804 boşanma qeydə alınıb. 50-54 yaşda kişilər arasında 815, qadınlar arasında isə 560 boşanma qeydə alınıb.
55-59 yaşda kişilər arasında 533, qadınlar arasında isə 337 boşanma qeydə alınıb. Naməlum yaşda kişilər arasında 44, qadınlar arasında isə 7 boşanma qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0