https://sputnik.az/20230625/atet-pa-azerbaycanla-ermenistan-arasindaki-veziyyeti-muzakireye-cixaracaq-456260544.html
ATƏT PA Azərbaycanla Ermənistan arasındakı vəziyyəti müzakirəyə çıxaracaq
ATƏT PA Azərbaycanla Ermənistan arasındakı vəziyyəti müzakirəyə çıxaracaq
Sputnik Azərbaycan
Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək, ölkəmizin maraqlarına aid məsələləri... 25.06.2023, Sputnik Azərbaycan
2023-06-25T21:03+0400
2023-06-25T21:03+0400
2023-06-25T21:03+0400
atət
siyasət
atət pa
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436900238_0:160:3072:1888_1920x0_80_0_0_d3b983f118bb7bd4a5ab3368c7de4522.jpg
BAKI, 25 iyun — Sputnik. Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev, nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev 30 iyun – 4 iyul tarixlərində Kanadanın Vankuver şəhərində keçiriləcək ATƏT Parlament Assambleyasının 30-cu illik sessiyasının işində iştirak edəcəklər. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, millət vəkilləri qurumun Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin və Daimi komitənin yığıncaqlarında iştirak edəcəklər. Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək, ölkəmizin maraqlarına aid məsələləri diqqətə çatdıracaqlar. İyulun 1-də Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə yaradılmış İpək Yolu Qrupunun növbəti iclası keçiriləcək. Deputatlarımız qurumun tədbirlərində qaldırılacaq məsələlərə öz münasibətini bildirəcəklər. Səfər iyulun 5-də başa çatacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436900238_171:0:2902:2048_1920x0_80_0_0_c9fac8712897dd1be64baf47dc136501.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
atət, atət pa, ermənistan
atət, atət pa, ermənistan
ATƏT PA Azərbaycanla Ermənistan arasındakı vəziyyəti müzakirəyə çıxaracaq
Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək, ölkəmizin maraqlarına aid məsələləri diqqətə çatdıracaqlar.
BAKI, 25 iyun — Sputnik. Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev, nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev 30 iyun – 4 iyul tarixlərində Kanadanın Vankuver şəhərində keçiriləcək ATƏT Parlament Assambleyasının 30-cu illik sessiyasının işində iştirak edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, millət vəkilləri qurumun Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin və Daimi komitənin yığıncaqlarında iştirak edəcəklər.
Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək, ölkəmizin maraqlarına aid məsələləri diqqətə çatdıracaqlar.
İyulun 1-də Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə yaradılmış İpək Yolu Qrupunun növbəti iclası keçiriləcək.
Deputatlarımız qurumun tədbirlərində qaldırılacaq məsələlərə öz münasibətini bildirəcəklər.
Səfər iyulun 5-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.