CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xocəsən-Lökbatan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

© Azerbaijan Highway State AgencyAvtomobil yolunda təmir
Avtomobil yolunda təmir - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Abunə olmaq
Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edib.
BAKI, 24 iyun — Sputnik. İyunun 26-sı, saat 22:00-dan iyunun 27-si saat 06:00-a qədər Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələrini tövsiyə edib.
Xəbər lenti
0