https://sputnik.az/20230624/nam-kerimova-yeni-vezife-verilib-456254985.html
İnam Kərimova yeni vəzifə verilib
İnam Kərimova yeni vəzifə verilib
Sputnik Azərbaycan
Sədr "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sistemində yeni... 24.06.2023, Sputnik Azərbaycan
2023-06-24T22:51+0400
2023-06-24T22:51+0400
2023-06-24T22:51+0400
cəmiyyət
inam kərimov
ali məhkəmə
https://cdnn1.img.sputnik.az/img/41833/95/418339536_0:52:1000:615_1920x0_80_0_0_342b603b3cfcfb5fad34fc26b8e13c67.jpg
BAKI, 24 iyun - Sputnik. 2023-cü il iyunun 24-də Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə ilk iclası keçirilib.İclasda Məhkəmə-Hüquq Şurasının sədrliyinə Şuranın üzvü İnam Kərimovun namizədliyi irəli sürülərək səsverməyə qoyulub. Şura üzvlərinin yekdil səsi ilə İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.Göstərilən yüksək etimada görə Şuranın üzvlərinə təşəkkürünü bildirən İnam Kərimov qeyd edib ki, əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sədr "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edildiyini diqqətə çatdırıb.İclasda, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub və müvafiq təkliflər verilib.Xatırladaq ki, keçmiş kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Prezidentinin 4 aprel 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41833/95/418339536_56:0:945:667_1920x0_80_0_0_a69a2633d3f6efedfb74c668169fac96.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
inam kərimov, ali məhkəmə
inam kərimov, ali məhkəmə
İnam Kərimova yeni vəzifə verilib
Sədr "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edildiyini diqqətə çatdırıb.
BAKI, 24 iyun - Sputnik. 2023-cü il iyunun 24-də Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
İclasda Məhkəmə-Hüquq Şurasının sədrliyinə Şuranın üzvü İnam Kərimovun namizədliyi irəli sürülərək səsverməyə qoyulub. Şura üzvlərinin yekdil səsi ilə İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.
Göstərilən yüksək etimada görə Şuranın üzvlərinə təşəkkürünü bildirən İnam Kərimov qeyd edib ki, əsası Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sədr "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edildiyini diqqətə çatdırıb.
İclasda, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub və müvafiq təkliflər verilib.
Xatırladaq ki, keçmiş kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Prezidentinin 4 aprel 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.