Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Müəllimlərin sertifikatlaşdırma imtahanları bu gün başa çatır

© AR Ministry of EducationMüəllimlərin işə qəbulu üzrə imtahanı
Müəllimlərin işə qəbulu üzrə imtahanı - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Abunə olmaq
Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilir.
BAKI, 24 iyun — Sputnik. Bu gün müəllimlərin sertifikatlaşdırma imtahanları başa çatır.
İyunun 24-də dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün sonuncu imtahanlar keçirilir.
Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub.
Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilir.
Qeyd edək ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişaf prosesidir. Sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər.
Xəbər lenti
0