https://sputnik.az/20230624/muellimlerin-sertifikatlasdirilma-imtahanlari-basa-catib-456250966.html
Müəllimlərin sertifikatlaşdırılma imtahanları başa çatıb
Müəllimlərin sertifikatlaşdırılma imtahanları başa çatıb
Sputnik Azərbaycan
Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub. 24.06.2023, Sputnik Azərbaycan
2023-06-24T18:35+0400
2023-06-24T18:35+0400
2023-06-24T18:35+0400
təhsil
müəllimlərin qiymətləndirilməsi
müəllimlərin attestasiyası
sertifikasiya
sertifikatlaşdırılma
https://cdnn1.img.sputnik.az/img/41513/88/415138888_0:155:2000:1280_1920x0_80_0_0_8fa7f8f4dbeb4d80f5c099e228ee9fba.jpg
BAKI, 24 iyun - Sputnik. Müəllimlərin sertifikatlaşdırma imtahanları başa çatıb.APA xəbər verir ki, bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirilib.Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub.Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilib. Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilib və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilib.Test imtahanında 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ əldə edirlər.Onu da qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı və müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək. Əlavələr sentyabr ayından tətbiq olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41513/88/415138888_293:0:2000:1280_1920x0_80_0_0_441227e8ecd55ee9df81b1017f320027.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müəllimlərin qiymətləndirilməsi, müəllimlərin attestasiyası, sertifikasiya, sertifikatlaşdırılma
müəllimlərin qiymətləndirilməsi, müəllimlərin attestasiyası, sertifikasiya, sertifikatlaşdırılma
Müəllimlərin sertifikatlaşdırılma imtahanları başa çatıb
Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub.
BAKI, 24 iyun - Sputnik. Müəllimlərin sertifikatlaşdırma imtahanları başa çatıb.
APA xəbər verir ki, bu gün dövlət ümumi təhsil müəssisələrində çalışan Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirilib.
Prosesə 8 500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb olunub.
Test imtahanları ölkə üzrə 13 müxtəlif şəhərdə təşkil edilmiş 23 mərkəzdə keçirilib. Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilib və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilib.
Test imtahanında 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ əldə edirlər.
Onu da qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılmasının test imtahanı və müsahibə mərhələsində uğur qazanan müəllimlərin vəzifə maaşına 10 faiz, test imtahanında 51 və daha artıq bal toplayıb müsahibə mərhələsində uğur qazanan şəxslərin vəzifə maaşına isə 35 faiz əlavə ediləcək. Əlavələr sentyabr ayından tətbiq olunacaq.