CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilib

© Official website of President of Azerbaijan RepublicMəhkəmə
Məhkəmə - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Abunə olmaq
“N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında” Milli Məclisin qərarın layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
BAKI, 24 iyun - Sputnik. Milli Məclisin deputatı Nizami Səfərov Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilib.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
“N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında” Milli Məclisin qərarın layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası yenidən formalaşdırılır.
Xatırladaq ki, Məhkəmə-Hüquq Şurası Azərbaycanda məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.
Məhkəmə-Hüquq Şurası öz fəaliyyətini müstəqillik, qanunçuluq, kollegiallıq, qərəzsizlik və obyektivlik prinsipləri əsasında qurur.
Xəbər lenti
0