https://sputnik.az/20230624/korpeler-evinde-qanunsuzluqlarla-bagli-cinayet-isi-baslanib-456248010.html
Körpələr evində qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Körpələr evində qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Sputnik Azərbaycan
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 24 iyun saat 15:00-dan 6 iyul saat 17:00-dək həyata... 24.06.2023, Sputnik Azərbaycan
2023-06-24T20:09+0400
2023-06-24T20:09+0400
2023-06-24T20:09+0400
körpələr evi
cəmiyyət
cinayət işi
mingəçevir
mingəçevir şəhəri
https://cdnn1.img.sputnik.az/img/42405/92/424059210_0:0:1938:1091_1920x0_80_0_0_e147d597d5379bf171301260803b7e03.jpg
BAKI, 24 iyun — Sputnik. Mingəçevir şəhər 10 saylı "Qərənfil" körpələr evi və uşaq bağçasında baş vermiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti üzrə şəhər prokurorluğunda araşdırma aparılıb. Mingəçevir şəhər prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, araşdırma zamanı qeyd edilən müəssisənin sabiq direktoru Natəvan Cəfərovanın qeyd olunan vəzifədə işlədiyi 2019-2023-cü illərdə rəsmi sənəd hesab olunan işə davamiyyət cədvəlinə bilə-bilə yalan məlumatlar daxil etməklə əmək haqqı ödənilməsinə şərait yaratması və nəticədə 11 min manatdan artıq dövlət vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42405/92/424059210_110:0:1833:1292_1920x0_80_0_0_5e491ec2a7e6d75417bc494c54da7e6e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
körpələr evi, cinayət işi, mingəçevir, mingəçevir şəhəri
körpələr evi, cinayət işi, mingəçevir, mingəçevir şəhəri
Körpələr evində qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 24 iyun saat 15:00-dan 6 iyul saat 17:00-dək həyata keçirilir.
BAKI, 24 iyun — Sputnik. Mingəçevir şəhər 10 saylı "Qərənfil" körpələr evi və uşaq bağçasında baş vermiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti üzrə şəhər prokurorluğunda araşdırma aparılıb.
Mingəçevir şəhər prokurorluğundan Sputnik Azərbaycan-a verilən xəbərə görə, araşdırma zamanı qeyd edilən müəssisənin sabiq direktoru Natəvan Cəfərovanın qeyd olunan vəzifədə işlədiyi 2019-2023-cü illərdə rəsmi sənəd hesab olunan işə davamiyyət cədvəlinə bilə-bilə yalan məlumatlar daxil etməklə əmək haqqı ödənilməsinə şərait yaratması və nəticədə 11 min manatdan artıq dövlət vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.