https://sputnik.az/20230624/erdogan-putinle-danisdi--tam-destekleyirik-456248416.html
Ərdoğan Putinlə danışdı: tam dəstəkləyirik
Ərdoğan Putinlə danışdı: tam dəstəkləyirik
Sputnik Azərbaycan
Rusiya prezidenti silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə türkiyəli həmkarına məlumat verib. 24.06.2023, Sputnik Azərbaycan
2023-06-24T17:20+0400
2023-06-24T17:20+0400
2023-06-24T19:38+0400
rusiya prezidenti vladimir putin
rusiya
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
telefon danışığı
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444172913_0:0:3072:1728_1920x0_80_0_0_f6518f3f808bd56313b76d48bfe83722.jpg
BAKI, 24 iyun — Sputnik. Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. "Rusiya prezidenti silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə türkiyəli həmkarına məlumat verib. Rəcəb tayyip Ərdoğan Rusiya rəhbərliyinin addımlarını tam dəstəklədiyini bildirib", - məlumatda deyilir. Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir". Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb. Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.
https://sputnik.az/20230624/patriarx-kirill-dua-etmeye-cagirdi-456243790.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444172913_199:0:2930:2048_1920x0_80_0_0_084c72e56954d2d922cd09936690f08f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, telefon danışığı
rusiya prezidenti vladimir putin, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, telefon danışığı
Ərdoğan Putinlə danışdı: tam dəstəkləyirik
17:20 24.06.2023 (Yenilənib: 19:38 24.06.2023) Rusiya prezidenti silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə türkiyəli həmkarına məlumat verib.
BAKI, 24 iyun — Sputnik. Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
"Rusiya prezidenti silahlı üsyana cəhdlə bağlı ölkədəki vəziyyət barədə türkiyəli həmkarına məlumat verib. Rəcəb tayyip Ərdoğan Rusiya rəhbərliyinin addımlarını tam dəstəklədiyini bildirib", - məlumatda deyilir.
Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin "Vaqner" muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə "Vaqner"in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda "Vaqner" döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.