Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Patriarx Kirill dua etməyə çağırdı

© Sputnik / Aleksandr Galperin / Mediabanka keçidPatriarx Kirill
Patriarx Kirill  - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Abunə olmaq
Hərbi qarşıdurma biz xalqın birliyini qorumağa, Allaha dua etməyə, bütün gücümüzlə əsgərlərə və bir-birimizə dəstək olmağa çağırdığımız bir sınaqdır
BAKI, 24 iyun — Sputnik. Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill həmvətənlərinə müraciət edərək, Rusiya prezidenti Vladimir Putinin ölkədə iğtişaşların qarşısını almaq səylərini dəstəklədiyini bildirib.
Patriarxın şənbə günü dərc olunan müraciəti: "Hərbi qarşıdurma biz xalqın birliyini qorumağa, Allaha dua etməyə, bütün gücümüzlə əsgərlərə və bir-birimizə dəstək olmağa çağırdığımız bir sınaqdır". Bu barədə Rus Pravoslav Kilsəsinin saytında məlumat yerləşdirilib.
Onun sözlərinə görə, bu gün "qardaşlarımız cəbhələrdə döyüşüb, öz borcunu fədakarlıqla yerinə yetirərək həlak olanda, düşmənlər bütün səylərini Rusiyanı məhv etməyə yönəltdikdə, ölkə daxilində nifaq salmaq cəhdi heç bir əsası olmayan ən böyük cinayətdir.
Mövcud vəziyyətin sülh yolu ilə həlli üçün dua edən patriarx silah götürərək onları öz qardaşlarına qarşı yönəltməyə hazır olanları" bir daha düşünməyə çağırıb.
Patriarx Kirill deyir: "Ümumi təhlükə qarşısında fikir birliyini qoruyub saxlamaq, incikliklərə və şəxsi ambisiyalara qalib gəlmək lazımdır. Bəzən nə qədər çətin olsa da".
O, prezident Putinin qarışıqlığın qarşısını almaq səylərini dəstəklədiyini ifadə edərək, hər kəsi sülh və birlik üçün dua etməyə çağırıb.
Xəbər lenti
0