Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu məktəblərin müəllimləri imtahandan keçiriləcək

© Photo : REPORTMüəllimlərin imtahanı
Müəllimlərin imtahanı - Sputnik Azərbaycan, 1920, 24.06.2023
Abunə olmaq
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 24 iyun saat 15:00-dan 6 iyul saat 17:00-dək həyata keçirilir.
BAKI, 24 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinləri və müəllimlərin işə qəbulu üzrə test imtahanı keçirəcək.
DİM-dən Sputnik Azərbaycan-a bildirilib ki, imtahan 16 iyul 2023-cü il tarixində təşkil olunacaq.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında 24 iyun saat 15:00-dan 6 iyul saat 17:00-dək həyata keçirilir.
Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola və imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər:
https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/elan
Xəbər lenti
0