https://sputnik.az/20230624/belarus-tehlukesizlik-surasi-bu-felakete-getirib-cixara-biler-456252273.html
Belarus Təhlükəsizlik Şurası: Bu, fəlakətə gətirib çıxara bilər
Belarus Təhlükəsizlik Şurası: Bu, fəlakətə gətirib çıxara bilər
Sputnik Azərbaycan
Belə ssenarilərin başlanğıcında maraqlı qüvvələr olmasa belə, onları inkişaf etdirmək və ona rəhbərlik etmək şansını əldən verməyəcəklər 24.06.2023, Sputnik Azərbaycan
2023-06-24T20:46+0400
2023-06-24T20:46+0400
2023-06-24T22:53+0400
belarus
dünya xəbərləri
təhlükəsizlik şurası
tş
rusiya
https://cdnn1.img.sputnik.az/img/40979/67/409796704_20:0:982:541_1920x0_80_0_0_03576eb5d32f734e1a91069e619b959f.jpg
BAKI, 24 iyun — Sputnik. Rusiyadakı vəziyyət fonunda Belarus Təhlükəsizlik Şurası Minskin Rusiya Federasiyasının müttəfiqi olaraq qaldığını bəyan edərək, hərbi-siyasi dairələrdə və vətəndaş cəmiyyətində istənilən daxili münaqişənin kollektiv Qərbə hədiyyə olduğunu vurğulayıb. "Belə ssenarilərin başlanğıcında maraqlı qüvvələr olmasa belə, onları inkişaf etdirmək və ona rəhbərlik etmək şansını əldən verməyəcəklər", - Belarus Təhlükəsizlik Şurasının Dövlət Katibliyinin bəyanatında deyilir. Belarus Təhlükəsizlik Şurası hesab edir ki, bu, fəlakətə gətirib çıxara bilər. "Rusiyanın tarixində iğtişaşlardan daha pis heç nə olmayıb", – bəyanatda deyilir. Təhlükəsizlik Şurası xalqın maraqlarının, sadə vətəndaşların həyatının, Rusiyanın bütövlüyünün təhlükə altında olduğunu vurğulayıb. Təhlükəsizlik Şurası əlavə edib ki, Belarus xalqı həmişə Rusiyanın yanında olub və olacaq. "Belarus xüsusi hərbi əməliyyatın məqsəd və vəzifələrini tam bölüşərək Rusiyanın müttəfiqi olub və olaraq qalır. Bu, Donbasda rus xalqını qorumaq üçün çətin, məcburi və haqlı missiyadır. Əslində, Rusiyanın gələcəyi, slavyan dünyası üçün mübarizə gedir", - bəyanatda deyilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40979/67/409796704_140:0:861:541_1920x0_80_0_0_734f9f5c2775b6b1b49433797e535f91.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
belarus, təhlükəsizlik şurası, tş, rusiya
belarus, təhlükəsizlik şurası, tş, rusiya
Belarus Təhlükəsizlik Şurası: Bu, fəlakətə gətirib çıxara bilər
20:46 24.06.2023 (Yenilənib: 22:53 24.06.2023) Belə ssenarilərin başlanğıcında maraqlı qüvvələr olmasa belə, onları inkişaf etdirmək və ona rəhbərlik etmək şansını əldən verməyəcəklər
BAKI, 24 iyun — Sputnik. Rusiyadakı vəziyyət fonunda Belarus Təhlükəsizlik Şurası Minskin Rusiya Federasiyasının müttəfiqi olaraq qaldığını bəyan edərək, hərbi-siyasi dairələrdə və vətəndaş cəmiyyətində istənilən daxili münaqişənin kollektiv Qərbə hədiyyə olduğunu vurğulayıb.
"Belə ssenarilərin başlanğıcında maraqlı qüvvələr olmasa belə, onları inkişaf etdirmək və ona rəhbərlik etmək şansını əldən verməyəcəklər", - Belarus Təhlükəsizlik Şurasının Dövlət Katibliyinin bəyanatında deyilir.
Belarus Təhlükəsizlik Şurası hesab edir ki, bu, fəlakətə gətirib çıxara bilər.
"Rusiyanın tarixində iğtişaşlardan daha pis heç nə olmayıb", – bəyanatda deyilir.
Təhlükəsizlik Şurası xalqın maraqlarının, sadə vətəndaşların həyatının, Rusiyanın bütövlüyünün təhlükə altında olduğunu vurğulayıb.
Təhlükəsizlik Şurası əlavə edib ki, Belarus xalqı həmişə Rusiyanın yanında olub və olacaq.
"Belarus xüsusi hərbi əməliyyatın məqsəd və vəzifələrini tam bölüşərək Rusiyanın müttəfiqi olub və olaraq qalır. Bu, Donbasda rus xalqını qorumaq üçün çətin, məcburi və haqlı missiyadır. Əslində, Rusiyanın gələcəyi, slavyan dünyası üçün mübarizə gedir", - bəyanatda deyilir.