https://sputnik.az/20230624/bayram-gunlerinde-rayonlara-gedenlere-sad-xeber-456214912.html
Bayram günlərində rayonlara gedənlərə şad xəbər
Bayram günlərində rayonlara gedənlərə şad xəbər
Sputnik Azərbaycan
Bayrama görə, 100-dən çox nəqliyyat vasitəsinin əlavə daşımalara cəlb olunması nəzərdə tutulur. 24.06.2023, Sputnik Azərbaycan
2023-06-24T11:21+0400
2023-06-24T11:21+0400
2023-06-24T12:04+0400
avtobus
cəmiyyət
gücləndirilmiş iş rejimi
iş rejimi
https://cdnn1.img.sputnik.az/img/42318/54/423185460_0:450:1920:1530_1920x0_80_0_0_f305b477efaaf1d5b553364f08ba816e.jpg
BAKI, 24 iyun — Sputnik. Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün iyunun 24-dən iyulun 2-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-a bildirilib ki, qurum şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib. Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. AYNA-nın əməkdaşları BBAK-a təhkim ediləcəklər. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək. 100-dən çox nəqliyyat vasitəsinin əlavə daşımalara cəlb olunması nəzərdə tutulur. Vətəndaşlar biletləri avtovağzalların gündəlik və əvvəlcədən satış kassalarından, həmçinin biletim.az portalından onlayn qaydada əldə edə bilərlər. Qeyd edək ki, portala daxil edilən istiqamətlərin sayı 38-ə çatıdırılıb. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda daşıyıcıların sayı 84-ə, nəqliyyat vasitələrinin sayı isə 175-ə çatdırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42318/54/423185460_0:254:1920:1694_1920x0_80_0_0_ed1887b60ce5fe92e13521fe78d730d8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
avtobus, gücləndirilmiş iş rejimi, iş rejimi
avtobus, gücləndirilmiş iş rejimi, iş rejimi
Bayram günlərində rayonlara gedənlərə şad xəbər
11:21 24.06.2023 (Yenilənib: 12:04 24.06.2023) Bayrama görə, 100-dən çox nəqliyyat vasitəsinin əlavə daşımalara cəlb olunması nəzərdə tutulur.
BAKI, 24 iyun — Sputnik. Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün iyunun 24-dən iyulun 2-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sputnik Azərbaycan-a bildirilib ki, qurum şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. AYNA-nın əməkdaşları BBAK-a təhkim ediləcəklər.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək. 100-dən çox nəqliyyat vasitəsinin əlavə daşımalara cəlb olunması nəzərdə tutulur.
Vətəndaşlar biletləri avtovağzalların gündəlik və əvvəlcədən satış kassalarından, həmçinin biletim.az portalından onlayn qaydada əldə edə bilərlər. Qeyd edək ki, portala daxil edilən istiqamətlərin sayı 38-ə çatıdırılıb. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda daşıyıcıların sayı 84-ə, nəqliyyat vasitələrinin sayı isə 175-ə çatdırılıb.