https://sputnik.az/20230624/avtomobili-utilizasiya-edilmis-sexs-yeni-masin-alanda-ona-guzest-edilecek-456233893.html
Avtomobili utilizasiya edilmiş şəxs yeni maşın alanda ona güzəşt ediləcək
Avtomobili utilizasiya edilmiş şəxs yeni maşın alanda ona güzəşt ediləcək
Sputnik Azərbaycan
Layihəyə əsasən, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin... 24.06.2023, Sputnik Azərbaycan
2023-06-24T23:27+0400
2023-06-24T23:27+0400
2023-06-24T23:27+0400
avtomobil
cəmiyyət
utilizasiya
milli məclis
qanun
https://cdnn1.img.sputnik.az/img/42381/90/423819005_0:0:3072:1728_1920x0_80_0_0_9c5a7ab64fe102091f14cad23d9cb225.jpg
BAKI, 24 iyun - Sputnik. Nəqliyyat vasitəsi utilizasiya edilmiş şəxs yeni avtomobil alarkən ona güzəşt tətbiq etməyən satıcı cərimələnəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə ediləcək. Eyni zamanda, layihəyə görə, “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat vasitələrinin satıcısı tərəfindən uçotunun aparılmamasına, yaxud təsdiqedici sənədlər barədə yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə 500 manat məbləğində cərimə olunacaq. Həmçinin utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə edilən materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora "Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar. Layihəyə əsasən, utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fəaliyyətində pozuntularla bağlı cərimələr də müəyyənləşir. Cərimələrin məbləği vəzifəli şəxslər üçün 300, hüquqi şəxslər üçün 600 manat məbləğində nəzərdə tutulur. Bundan başqa, layihəyə əsasən, utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə təsdiqedici sənədin verilməməsinə görə vəzifəli şəxslər 3000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcəklər. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Qanun təsdiqləndikdən sonra bu müddəalar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42381/90/423819005_341:0:3072:2048_1920x0_80_0_0_9fe2c9f558e78ce3938d6fa84cb5664b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avtomobil, utilizasiya, milli məclis, qanun
avtomobil, utilizasiya, milli məclis, qanun
Avtomobili utilizasiya edilmiş şəxs yeni maşın alanda ona güzəşt ediləcək
Layihəyə əsasən, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə ediləcək.
BAKI, 24 iyun - Sputnik. Nəqliyyat vasitəsi utilizasiya edilmiş şəxs yeni avtomobil alarkən ona güzəşt tətbiq etməyən satıcı cərimələnəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nəqliyyat vasitəsinin utilizasiyaya verilməsi barədə təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş nəqliyyat vasitəsinə güzəştin tətbiqindən nəqliyyat vasitələrinin satıcısı tərəfindən imtina edilməsinə görə 4000 manat məbləğində cərimə ediləcək.
Eyni zamanda, layihəyə görə, “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərin nəqliyyat vasitələrinin satıcısı tərəfindən uçotunun aparılmamasına, yaxud təsdiqedici sənədlər barədə yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə 500 manat məbləğində cərimə olunacaq.
Həmçinin utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə edilən materialların və əşyaların ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılması barədə utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora "Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə yazılı məlumatın verilməməsinə görə vəzifəli şəxslər 300 manat məbləğində, hüquqi şəxslər 600 manat məbləğində cərimə olunacaqlar.
Layihəyə əsasən, utilizator tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fəaliyyətində pozuntularla bağlı cərimələr də müəyyənləşir. Cərimələrin məbləği vəzifəli şəxslər üçün 300, hüquqi şəxslər üçün 600 manat məbləğində nəzərdə tutulur.
Bundan başqa, layihəyə əsasən, utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə təsdiqedici sənədin verilməməsinə görə vəzifəli şəxslər 3000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcəklər.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Qanun təsdiqləndikdən sonra bu müddəalar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.