Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yasamalda yanan bina tam söndürülüb - VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Yanğınsöndürən
Yanğınsöndürən - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
Daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə bildirib ki, İnşaatçılar prospektində baş vermiş yanğın nəticəsində beşmərtəbəli binanın 840 kv.metr sahəsi yanıb.
BAKI, 23 iyun - Sputnik. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən saat 09:29-da tam söndürülüb.
FHN-dən bildirilib ki, yanğınsöndürənlərin fədakarlığı və peşəkar fəaliyyəti sayəsində binanın dam örtüyündəki yanğının mənzillərə keçməsinə imkan verilməyib. Həmçinin, hadisə zamanı xəsarət alan olmayıb.
Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri iştirak edib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev jurnalistlərə bildirib ki, İnşaatçılar prospektində baş vermiş yanğın nəticəsində beşmərtəbəli binanın 840 kv.metr sahəsi yanıb.
Polkovnikin sözlərinə görə, hadisə yerinə 18 texnika və 90 şəxsi heyət cəlb edilib:
"Saat 7:02-də Qüvvələrin İdarəetmə Xidmətinin 101 mərkəzinə İnşaatçılar prospekti 80 ünvanında yanğın baş verməsi haqqında məlumat daxil olub. Dərhal hadisə yerinə ilk olaraq Yasamal Dövlət yanğından mühafizə hissəsinin yaxınlıqda olan qüvvələri cəlb olunub. Hadisə yerinə çatan ilkin yanğınsöndürmə rəhbəri yanğının nəzərə alaraq dərhal hadisə yerindən çağırış işi təyin edilib. Bununla da Bakı qarnizonunun qüvvə və vasitələri yanğın söndürülməsinə cəlb olunub. Yanğına umummilikkə 18 əsas və xüsusi texnika və 90 nəfər şəxsi heyət cəlb olunub. Binanın yanan əsas hissəsi dam örtüyüdur".
"Bina 5 mərtəbəlidir. Onun 4 mərtəbəsi yaşayış üçün nəzərdə tutulan, 5-cisi sonradan tikləmdir və dəhliz tiplidir. Orada əvvəllər emalatxanalar fəaliyyət göstərib. Sonra orada müəyyən otaqlar özəlləşdirildikdən sonra digər formada fəaliyyət göstərib. Ümumilikdə binanın dam örtüyünün sahəsi 1640 kvadratdır. Onun 840 kvadrat metri yanğına məruz qalıb. Digər hissəsi isə muhazifizə olunub. Bunla yanaşı aşağı mərtəbələr mühafizə olunub. Hazırda yanğın texnikaları isləməkdədir. 9:29 dəqiqədə tam söndürülüb. Dam örtüyünün dəmir lovhələri təmizləndikcə təhlükə törədən mənbələr söndürülür. Yanğının hansı səbəbdən baş verdiyi istintaq qrupunun araşdırmasından sonra məlum olacaq" - deyə o, əlavə edib.
***
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə FHN məlumat yayıb.
Hazırda Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.
***
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
FHN-in yaydığı məlumata görə, yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Xəbər lenti
0