Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Son 36 ildə İİV-ə yoluxmuş şəxslərin sayı açıqlandı

© Sputnik / Murad OrujovRespublika QİÇS-lə Mübarizə Mərkəzinin döş nişanı, arxiv şəkli
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin döş nişanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
Dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir.
BAKI, 23 iyun — Sputnik. Azərbaycanda son 36 ildə İİV-ə yoluxmuş şəxslərin sayı açıqlanıb.
Bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova məlumat verib.
Onun sözlərinə görə, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir:

"Region ölkələri ilə müqayisədə Azərbaycan İİV infeksiyasının yayılma göstəricisi ən aşağı olan ölkədir. Səhiyyə Nazirliyi tərəfindən aparılan işlər sayəsində risk qrupları arasında aparılan məqsədli fəaliyyət İİV-infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib".

G.Cəfərova vurğulayıb ki, Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb:
"Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2022-ci ilin sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8563 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 69,5%-i kişi, 30,5%-i qadındır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0