https://sputnik.az/20230623/muasir-realliqlarda-region-ucun-en-vacib-vezife---tokayevin-muracieti-456183490.html
Müasir reallıqlarda region üçün ən vacib vəzifə... - Tokayevin müraciəti
Müasir reallıqlarda region üçün ən vacib vəzifə... - Tokayevin müraciəti
Sputnik Azərbaycan
Qazaxıstan Prezidenti bildirib ki, Mərkəzi Asiya ölkələri və Rusiya təhlükəsizlik şuraları katiblərinin görüşlərinin mexanizmi bu istiqamətdə konkret... 23.06.2023, Sputnik Azərbaycan
2023-06-23T11:29+0400
2023-06-23T11:29+0400
2023-06-23T11:44+0400
kasım-jomart tokayev
dünya xəbərləri
təhlükəsizlik şurası
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447400524_0:41:1280:761_1920x0_80_0_0_c7569216eee1700faf8f2b73f67e2c02.jpg
BAKI, 23 iyun — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiyada təhlükəsizlik və sabitliyin təmin edilməsi sahəsində keyfiyyətcə yeni yanaşmaların hazırlanmasını zəruri hesab edir. "Hesab edirəm ki, indiki mərhələdə informasiya mübadiləsinin genişləndirilməsi və regional təhlükəsizliyin təmin edilməsi sahəsində koordinasiyanın artırılması üzrə fərdi tədbirlər artıq kifayət etmir. Zaman keyfiyyətcə yeni inteqrasiya olunmuş yanaşmaların formalaşdırılmasını tələb edir. Əminəm ki, bu görüş bir sıra mühüm addımlar atılması üçün yaxşı zəmindir", - dövlət başçısı Almatı Mərkəzi Asiya ölkələri və Rusiya təhlükəsizlik şuraları katiblərinin görüşünün iştirakçılarına videomüraciətində bildirib. Tokayev hesab edir ki, müasir reallıqlarda region üçün ən vacib vəzifə sərhədlərin bütün perimetri boyunca sabitliyin qorunması və təhlükəsizliyin gücləndirilməsidir. "Biz bu məsələni həmkarlarımızla 2022-ci ilin oktyabrında Astanada keçirilən Mərkəzi Asiya-Rusiya formatında dövlət başçılarının ilk görüşündə əsaslı şəkildə müzakirə etdik. Təhlükəsizlik qarşılıqlı fəaliyyətimizin əsas istiqamətlərindən biri kimi müəyyən edilib ki, bu da təhlükələrin effektiv proqnozlaşdırılmasını, qabaqlayıcı tədbirlərin operativ şəkildə işlənib hazırlanması, onların qarşısının ilkin mərhələdə alınmasını nəzərdə tutur", - Qazaxıstan prezidenti vurğulayıb. Onun fikrincə, Mərkəzi Asiya ölkələri və Rusiya təhlükəsizlik şuraları katiblərinin görüşlərinin mexanizmi bu istiqamətdə konkret yanaşmaların və qərarların formalaşmasına kömək edəcək. Qazaxıstan prezidenti əmindir ki, bu iş çərçivəsində beynəlxalq terror qrupları, transmilli mütəşəkkil cinayətkarlıq və dini radikallarla sıx əlaqəli olan narkotik biznesinə qarşı mübarizəyə xüsusi diqqət yetirilməlidir. "Burada həlledici rolu Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya Koordinasiya Mərkəzi kimi regional strukturlar oynamalıdır. Göstərilən regional təhlükəsizlik riskləri Əfqanıstandakı vəziyyətlə ayrılmaz şəkildə bağlıdır. Əfqanıstanda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün müvafiq addımlar BMT-nin Almatıda yaradılan regional mərkəzinin fəaliyyəti çərçivəsində həyata keçirilə bilər", - prezident bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447400524_106:0:1174:801_1920x0_80_0_0_4f174ddf9ef504962fd7bca2696c708f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kasım-jomart tokayev, təhlükəsizlik şurası
kasım-jomart tokayev, təhlükəsizlik şurası
Müasir reallıqlarda region üçün ən vacib vəzifə... - Tokayevin müraciəti
11:29 23.06.2023 (Yenilənib: 11:44 23.06.2023) Qazaxıstan Prezidenti bildirib ki, Mərkəzi Asiya ölkələri və Rusiya təhlükəsizlik şuraları katiblərinin görüşlərinin mexanizmi bu istiqamətdə konkret yanaşmaların və qərarların formalaşmasına kömək edəcək.
BAKI, 23 iyun — Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiyada təhlükəsizlik və sabitliyin təmin edilməsi sahəsində keyfiyyətcə yeni yanaşmaların hazırlanmasını zəruri hesab edir.
"Hesab edirəm ki, indiki mərhələdə informasiya mübadiləsinin genişləndirilməsi və regional təhlükəsizliyin təmin edilməsi sahəsində koordinasiyanın artırılması üzrə fərdi tədbirlər artıq kifayət etmir. Zaman keyfiyyətcə yeni inteqrasiya olunmuş yanaşmaların formalaşdırılmasını tələb edir. Əminəm ki, bu görüş bir sıra mühüm addımlar atılması üçün yaxşı zəmindir", - dövlət başçısı Almatı Mərkəzi Asiya ölkələri və Rusiya təhlükəsizlik şuraları katiblərinin görüşünün iştirakçılarına videomüraciətində bildirib.
Tokayev hesab edir ki, müasir reallıqlarda region üçün ən vacib vəzifə sərhədlərin bütün perimetri boyunca sabitliyin qorunması və təhlükəsizliyin gücləndirilməsidir.
"Biz bu məsələni həmkarlarımızla 2022-ci ilin oktyabrında Astanada keçirilən Mərkəzi Asiya-Rusiya formatında dövlət başçılarının ilk görüşündə əsaslı şəkildə müzakirə etdik. Təhlükəsizlik qarşılıqlı fəaliyyətimizin əsas istiqamətlərindən biri kimi müəyyən edilib ki, bu da təhlükələrin effektiv proqnozlaşdırılmasını, qabaqlayıcı tədbirlərin operativ şəkildə işlənib hazırlanması, onların qarşısının ilkin mərhələdə alınmasını nəzərdə tutur", - Qazaxıstan prezidenti vurğulayıb.
Onun fikrincə, Mərkəzi Asiya ölkələri və Rusiya təhlükəsizlik şuraları katiblərinin görüşlərinin mexanizmi bu istiqamətdə konkret yanaşmaların və qərarların formalaşmasına kömək edəcək.
"Hibrid üsullardan və informasiya texnologiyalarından istifadə etməklə regionda sabitliyi pozmaq cəhdlərinə cavab vermək üçün effektiv mexanizmin işlənib hazırlanması vacibdir", - Tokayev bildirib.
Qazaxıstan prezidenti əmindir ki, bu iş çərçivəsində beynəlxalq terror qrupları, transmilli mütəşəkkil cinayətkarlıq və dini radikallarla sıx əlaqəli olan narkotik biznesinə qarşı mübarizəyə xüsusi diqqət yetirilməlidir.
"Burada həlledici rolu Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya Koordinasiya Mərkəzi kimi regional strukturlar oynamalıdır. Göstərilən regional təhlükəsizlik riskləri Əfqanıstandakı vəziyyətlə ayrılmaz şəkildə bağlıdır. Əfqanıstanda sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün müvafiq addımlar BMT-nin Almatıda yaradılan regional mərkəzinin fəaliyyəti çərçivəsində həyata keçirilə bilər", - prezident bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.