SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Litva Ali Məhkəməsi Paletskisi dəmir barmaqlıqlar arxasında saxlasa da, müddəti azaldıb

© Sputnik / Рамиль СитдиковAlgirdas Paletskis, arxiv şəkli
Algirdas Paletskis, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
Paletskisin müdafiəsi birinci və apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsini və işə xitam verilməsini xahiş edib.
BAKI, 23 iyun — Sputnik. Litva Ali Məhkəməsi birinci instansiya məhkəməsinin müxalif siyasətçi Algirdas Paletskisin "Rusiyanın xeyrinə casusluq"da təqsirli bilinməsi barədə qərarını qüvvədə saxlayıb.
Lakin cəza əvvəl təyin edilmiş altı ildən beş il yarıma endirilib. Hökm qətidir və şikayət verilə bilməz.
Paletskisin işinə Ali Məhkəmənin Cinayət Şöbəsinin yeddi hakimdən ibarət geniş tərkibli heyəti tərəfindən baxılıb.
Ali Məhkəmə bu qərarı əsaslandıraraq bildirib ki, Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının müvafiq tətbiqi, bu cinayət işində "casusluq" cinayətinin şərh edilməsi məhkəmə təcrübəsində hüquq normasının yeni şərhi kimi qiymətləndirilə bilər.
Paletskisin vəkili Adomas Lyutvinskas kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edərək, birinci instansiya və apellyasiya məhkəməsinin qərarlarının ləğv edilməsini və işə xitam verilməsini istəyib.
2022-ci ilin mayında Apellyasiya Məhkəməsi Paletskisin apellyasiya şikayətini təmin etməyib və siyasətçinin Rusiyaya casusluqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı Şyaulyay Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra Paletskis həbs cəzasını Kaunasdakı istintaq təcridxanasında çəkir. Müxalifətçi ibtidai istintaq zamanı həbs edilib - o, 2018-ci ilin oktyabrından 2020-ci ilin aprelinə kimi həbsxanada olub.
Poletskis dəfələrlə və əsaslı şəkildə bildirib ki, ona qarşı iş Litva hakimiyyəti tərəfindən uydurulub və həbsə səbəb onun 1991-ci il yanvarın 13-də Vilnüs hadisələri ilə bağlı işə maraq göstərməsi və ruslarla ünsiyyəti olub.
İttihamlar Dövlət Təhlükəsizliyi Departamentinin bəzi məxfi "arayışları" və daim dəyişdirdiyi pedofiliya ilə bağlı qalmaqallarda iştirak edən Baltik Respublikası vətəndaşı Deymantas Bertauskasın "şahid ifadələri"nə əsaslanır.
Ukrayna böhranı başlayandan Litva ciddi "cadugər ovu"na başlayıb və "Rusiya Federasiyasının xeyrinə casusluq" işini araşdırıb. Əsas müttəhimlərdən biri Paletskis idi. Bundan başqa, onun Moskva və Minsklə mehriban qonşuluq münasibətlərini müdafiə edən tərəfdarları da ölkədə sıxışdırılır. Belə ki, fevralın sonunda Vilnüs Rayon Məhkəməsinin Vilnüs Regional Palatası Beynəlxalq Qonşuluq Forumu assosiasiyasının ləğvi barədə qərar qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0