https://sputnik.az/20230623/her-bir-addimimizin-arxasinda-siyasi-irade-guc-beynelxalq-huquq-dayanir---prezident--456197245.html
Hər bir addımımızın arxasında siyasi iradə, güc, beynəlxalq hüquq dayanır - Prezident
Hər bir addımımızın arxasında siyasi iradə, güc, beynəlxalq hüquq dayanır - Prezident
Sputnik Azərbaycan
Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. 23.06.2023, Sputnik Azərbaycan
2023-06-23T14:47+0400
2023-06-23T14:47+0400
2023-06-23T15:45+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
laçın
sərhəd
https://cdnn1.img.sputnik.az/img/07e7/06/17/456190497_0:42:1000:605_1920x0_80_0_0_540904a5fa89611e0fe39467476f500a.jpg
BAKI, 23 iyun — Sputnik. Biz İkinci Qarabağ müharibəsinə hazırlaşırdıq və bunu gizlətmirdik. Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib. İşğal dövründə "danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik" söylədiyini bildirən dövlət başçısı vurğulayıb:Bu gün regionda proseslərin yenə də bizim təkliflərimiz əsasında cərəyan etdiyini diqqətə çatdıran Ali Baş Komandan müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarlarının köhnə tezisləri qəbul etdirməyə çalışdıqlarını bildirərək deyib:"Biz isə bunu qətiyyətlə rədd etdik. Bu gün hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: "Qarabağ Azərbaycandır!" Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir". Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/17/456190497_70:0:931:646_1920x0_80_0_0_e382a36621e1d76ff989b5cdbea81f0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, laçın, sərhəd
prezident ilham əliyev, laçın, sərhəd
Hər bir addımımızın arxasında siyasi iradə, güc, beynəlxalq hüquq dayanır - Prezident
14:47 23.06.2023 (Yenilənib: 15:45 23.06.2023) Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar.
BAKI, 23 iyun — Sputnik. Biz İkinci Qarabağ müharibəsinə hazırlaşırdıq və bunu gizlətmirdik. Bunu iyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı deyib.
İşğal dövründə "danışıqlar nəticə verməsə, biz güc tətbiq edərək öz tarixi torpaqlarımızı azad edəcəyik" söylədiyini bildirən dövlət başçısı vurğulayıb:
"Əfsuslar olsun ki, bəziləri mənim sözlərimə laqeyd yanaşdı. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Biz onların məkrli planlarını alt-üst etdik. Müharibəyə hazırlaşdıq, düşmənə elə sarsıdıcı zərbə vurduq ki, bu günə qədər özünə gələ bilmir. İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də biz olduq".
Bu gün regionda proseslərin yenə də bizim təkliflərimiz əsasında cərəyan etdiyini diqqətə çatdıran Ali Baş Komandan müharibədən sonrakı ilk aylarda Ermənistanın havadarlarının köhnə tezisləri qəbul etdirməyə çalışdıqlarını bildirərək deyib:
"Biz isə bunu qətiyyətlə rədd etdik. Bu gün hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Görürük ki, vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: "Qarabağ Azərbaycandır!" Yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir".
"İki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi", - dövlət başçısı qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.