Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

“Həmişəlik bağlamaq”: Avropa ağır qərar qəbul edib

© AFP 2024 / ASAAD NIAZIQaz anbarı
Qaz anbarı - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
Yeraltı anbarlar doludur, lakin ehtiyatlar tükənməyə meyllidir. İki çıxış yolu var: ya qaz sahəsində Rusiya ilə normal əməkdaşlığın bərpası, ya da bütün yeni müəssisələrin - böyük təbii qaz istehlakçılarının bağlanması.
Mavi yanacağın qiyməti yenidən qalxıb - min kubmetr üçün 500 dollardan çox. Səbəb isə istilər səbəbindən enerji sərfiyyatının kəskin artmasıdır. Üstəlik gözlənilməz xəbər: qitənin ən böyük qaz yatağı olan Qroningen nəhayət bağlanıb. Yüzlərlə Avropa müəssisəsi hələ də işləmir, o cümlədən anti-Rusiya sanksiyalarına görə. Köhnə Dünyada sənayesizləşdirmədən danışmağa başlayıblar.
Çıxan həcm
Bloomberg, Qroningendə mədən işlərinin daha bərpa olunmayacağını bildirib. Bu, Hollandiya hökumətinin qərarıdır.
Bazar dərhal reaksiya verib: təbii qazın kotirovkaları 1000 kubmetr üçün 560 dollara qədər yüksəlib - bu, martın sonundakı səviyyədir.
Yataq dörd aydan sonra - oktyabrın 1-ə qədər bağlanacaq. Bölgəyə ekoloji ziyan həddən artıq böyükdür. 2012-ci ildən bəri Qroningen yaxınlığında üç mindən çox ev sökülüb və bura yaşayış üçün təhlükəli olub. Hökumət zərərçəkənlərə 30 il ərzində 22 milyard avro təzminat ödəyəcəyini vəd edib.
Qroningen yatağını 1963-cu ildən istismar edirlər. Bura Qərbi Avropa üçün vacib resursdur. Lakin hasilat daima azalıb. 2013-cü ildə 53,9 milyard kubçetr olub. Bunu maliyyə analitiki Mark Qoyxman xatırladır. 2021-ci ildə isə, Nederlandse Aardolie Maatschappii-nin məlumatına görə, 6,5 milyard olub. Qitədə ümumi qaz istehlakı 480 milyarddır.
İyunun 15-də baş vermiş emosional qalxmadan sonra kotirovkalar düşüb. Lakin son illər Qroningenin payı çıx deyildi – ən çoxu 2 faiz. Əlbəttə, bu faciə deyil. STQ-lər, qənaət, digər tədbirlər kömək edəcək. Avropa anbarları da 78 faiz doludur. Buna baxmayaraq, bazarda vəziyyət gərgindir.
Tədarük problemi
İstilər ucbatından Köhnə Qitədə kondisionerlər tam gücləri ilə işləyirlər, elektrik enerjisinə tələbat isə kəskin artıb.
Norveçin şimalındakı Hammerfest zavodundakı qəza və STQ istehsalı müəssisələrindəki təmir işləri də bu işə təsir edib.
Oradan iyulun ortalarına qədər ixrac məhduddur. Bloomberg qeyd edir ki, bu, qeyri-müəyyənliyi artırır, çünki Norveç Rusiya idxalının azalmasından sonra mühüm təchizatçı kimi ortaya çıxıb.
Müstəqil sənaye eksperti Leonid Xazanov qeyd edir ki, bu vəziyyət Avropa üçün yaxşı heç nə vəd etmir.
"Qroningen Niderlandda taxili istehlak üçün vacib idi. İndi onlar da digərləri kimi idxaldan asılıdırlar. ABŞ, Qətər, Nigeriya, Azərbaycan və digər ölkələrdən tədarükü artırmaq lazım gələcək", - o, deyir.
Xazanovun fikrincə, kotirovkalar yenə artaraq Avropada enerji böhranının yeni dalğasına səbəb olacaq.
Sənayesizləşmə trendi
İlk növbədə real sektor zərər görəcək. Bütün keçən ili Aİ-də enerji tələb edən sahələrdəki müəssisələr bağlanıb — resursların bahalığına görə. Belə ki, Slovalco (alüminium), Budel (sink) və ANWIL (güblərər), kimyəvi nəhəng Chimcomplex bağlanıblar.
Bir çoxları gücləri ABŞ və Çinə daşıyıblat — böyük sənaye miqrasiyası gedir.
Aİ-nin yaşıl kursu da buna rəvac verib. Ekoloji məhdudiyyətlər, eləcə də enerjinin qiymətinin qalxması ya hasilatı azaltmağa, ya da onu xaricə köçürməyə məcbur edir. Məsələn, 2022-ci ilin oktyabrında dünyanın ən böyük kimyəvi qrupu BASF Avropada işlərin həcminin azaldığını elan etdi.
“Ehtiyatları bir trilyon dollarla qiymətləndirilən yatağın bağlanması Almaniyanın Ruhr hövzəsi də daxil olmaqla Şimal-Qərbi Avropanın sənayesinə daha da mənfi təsir göstərəcək. Benilüks ölkələri, Almaniya və Polşa ən çox zərər çəkəcək. Qaz çatışmazlığı Norveç, Qətər və ABŞ-dan daha yüksək qiymətlərlə idxal hesabına kompensasiya edilməlidir”, — Capital Lab-ın tərəfdaşı Yevgeni Şatov bu fikirdədir.
Nəticədə hələ payızda avropalı siyəsətçilərin dedikləri sənayesialəşmə sürətlənəcək.
"Yeraltı anbarlar doludur, lakin ehtiyatlar tükənməyə meyllidir. İki çıxış yolu var: ya qaz sahəsində Rusiya ilə normal əməkdaşlığın bərpası, ya da bütün yeni müəssisələrin - böyük təbii qaz istehlakçılarının bağlanması", — Xazanov deyir.
Сapital Lab-da bildirirlər ki, avropalılar öz yaşıl planlarında özlərində itirərək dalana dirəniblər. Enerji böhranının dərinləşməsi halında Niderland hökuməti fikrini dəyişə və Qroningenin istismarına qayıda bilər. Lakin onda, birincisi, infrastrukturun yenilənməsi üçün böyük sərmayəyə ehtiyac olaca. İkincisi, bu senari karbon yanacağından yaxa qurtarmağa yönəlik Aİ gündəmi ilə ziddiyyət təşkil edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0