SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanla kommunikasiyaların açılması hansı ölkələr üçün faydalıdır?

© Depositphotos.com / Gorodenkoff Yük maşını
Yük maşını - Sputnik Azərbaycan, 1920, 23.06.2023
Abunə olmaq
Politoloq İlyas Hüseynov bildirib ki, üçtərəfli birgə bəyanatın 9-cu bəndinin icrasız qalması regional və beynəlxalq faktorlarla bağlıdır.
BAKI, 23 iyun — Sputnik. Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Ermənistan, Rusiya və Azərbaycanın baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində iki məsələ üzrə yekun anlaşma əldə olunduğunu açıqlayıb.
Sputnik Azərbaycan Ermənistan tərəfindən verilmiş bu açıqlamaya politoloq İlyas Hüseynov və millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib.
Politoloq İlyas Hüseynov bildirib ki, üçtərəfli birgə bəyanatın 9-cu bəndinin icrasız qalması regional və beynəlxalq faktorlarla bağlıdır.
Onun sözlərinə görə, kommunikasiyalar üzərində suverenlik öz həllini tapmaqdadır: "Bu baxmayaraq Ermənistanın bu istiqamətdə müqaviməti də görünməkdədir. Ermənistan tərəfi üçtərəfli birgə bəynatı gözardı edərək deyir ki, Rusiya Federal Təhlükəsizlik Xİdmətinin sərhəd qoşunları burada təhlükəsizliyi təmin etməməlidir. Bu üç ölkənin liderləri tərəfindən imzalanmış bəyanatın ruhuna ziddir".
"Ermənistan Avropa İttifaqının mülki missiyasını regiona cəlb edərək onların sayını artırmaqla proseslərin beynəlxalq miqyas almasına can atır. Buna baxmayaraq Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində təşkil olunan işçi qrup tərəfindən görüşlər davam etdirilir. Verilən mesaj da bundan ibarətdir ki, artıq dəmiryolu ilə bağlı konsensus əldə edilib, bir sıra detallar müzakirəyə açıqdır. Azərbaycan kommunikasiyaların açılmasında çox maraqlıdır. Bu, iqtisadi-ticari münasibətlərin qurulması ilə yanaşı sülhün, təhlükəsizliyin güləndirilməsinə xidmət edəcək", - deyə politoloq qeyd edib.
İ. Hüseynov hesab edir ki, Ermənistanda bunu tamam başqa cür qəbul edirlər.
"Buna qarşı olan qüvvələr də var. Onlardan biri Fransadır, digər tərəfdə isə İran dayanır. Fransa regionda öz mövcudluğunu genişləndirmək istəyir. Ancaq kommunikasiyaların açılması Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini daha da gücləndirəcək və Avrasiytanın nəqliyyat xəritəsini dəyişdirməklə, onu şaxələndirəcək".
Millət vəkili Arzu Nağıyev də konsensunsla bağlı açıqlamaları müsbət qiymətləndirib və bildirib ki, razılıqlar iqtisadi istiqamətlə yanaşı, diplomatik sahədə də davam etdirilməlidir: "Biz bilirik ki, Ermənistan sərhədlərinədə təhlükəsizliyi əsasən Rusiya Federal Təhlükəsizlik Xİdmətinin sərhəd qoşunları təşkil edir. İndi əsas müzakirə sərhədi kimin qoruyacağı ilə bağlıdır".
"İndi artıq XİN rəhbərlərinin gələn həftə Vaşinqtonda danışıqları davam etdirəcəyi ilə bağlı anons verilib. Bu görüşlərdə əldə olunacaq irəliləyişlərə əsasən proseslərin necə cərəyan edəcəyinə aydınlıq gətirmək olar. Bu gün Naxçıvana yolun açılması Azərbaycan üçün çox böyük əhəmiyyət daşıyır və əsas müzakirə mövzularından birini təşkil edir. Rusiya tərəfinin də marağındadır ki, kommunikasiyalar tezliklə açılsın. Çünki alternativ yolun açılması sanksiyalar şəraitində Rusiya üçün də faydalı olacaq", - millət vəkili bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0