https://sputnik.az/20230623/deputatlar-soyudlude-bas-veren-hadiseye-munasibet-bildiribler-456186098.html
Deputatlar Söyüdlüdə baş verən hadisəyə münasibət bildiriblər
Deputatlar Söyüdlüdə baş verən hadisəyə münasibət bildiriblər
Sputnik Azərbaycan
Fazil Mustafa bildirib ki, bəziləri odun üstünə daha çox benzin tökmək yarışına giriblər. Sosial şəbəkədə Gədəbəydə süni göldə süni balıq tutmağa çalışırlar... 23.06.2023, Sputnik Azərbaycan
2023-06-23T11:59+0400
2023-06-23T11:59+0400
2023-06-23T11:59+0400
söyüdlü
cəmiyyət
gədəbəy
deputat
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456157572_159:0:1441:721_1920x0_80_0_0_db794a0342b2705a201f20ffa025497d.jpg
BAKI, 23 iyun — Sputnik. "Gədəbəyin Söyüdlü kəndində baş verənlər birdən-birə olmayıb. Heç nə birdən birə olmur. İki həftə əvvəl Rusiyada yaşayan 2 nəfər gəlib bu hadisələr üçün pul toplayıb. Başqa adamların, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin və keçmiş millət vəkili Nazim Bəydəmirlinin də adı çəkilir. Bir çoxu da mahiyyətə varmadan bu prosesə qoşulur". Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elman Nəsirov deyib. O bildirib ki, Azərbaycan polisi öz vəzifəsini icra edib:Fazil Mustafa: Sosial şəbəkədə Gədəbəydə süni göldə süni balıq tutmağa çalışırlar Deputat Fazil Mustafa çıxış edərək deyib ki, bir polisin köntöy hərəkəti bütün polislərə aid edilməməlidir. Deputat bildirib ki, bəziləri odun üstünə daha çox benzin tökmək yarışına giriblər:Gədəbəyin deputatı Söyüdlüdə baş verənlərə münasibət bildirib 103 saylı Gədəbəy Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Sevinc Hüseynova Söyüdlü kəndində baş verənlərə münasibət bildirib. Sevinc Hüseynova parlamentin bugünkü iclasında deyib ki, hazırda rayonda bu hadisələrlə bağlı iş aparılır:"İlkin məlumatlar olsa da, nəticəni gözləməliyik. Söyüdlü kəndində əhalinin əsas məşğulluq sahəsi əkinçilik, maldarlıqdır. Sovet dövründən bu kənd alimlər kəndi kimi də tanınır. Söyüdlü kəndinin əhalisi I və II Qarabağ müharibəsi zamanı vətənə xidmət edib. Rayonumuzda baş verən hadisə məndə təəssüf hissi doğurur. Dağın başında halal əməyi ilə övlad böyüdən insanların ekoloji sağlam mühitdə yaşamaq istəyi onların hüququdur. Hadisə zamanı qoca qadına olan polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək". Deputat bu hadisənin necə yarandığına da münasibət bildirib:"Gədəbəydə baş verənlər istənilən cəmiyyətə xas haldır" Milli Məclisin deputatı Elnur Allahverdiyev çıxışı edərək deyib ki, Gədəbəydə baş verənlər istənilən cəmiyyətə xas haldır. Dövlətin də əsas funksiyası onu qanun çərçivəsində həll etmək və yoluna qoymaqdır. O söyləyib ki, həmin hadisədən istifadə edib öz məkrli niyyətlərini həyata keçirməyə çalışan şəxslər və dairələr var:"Açıq görünür ki, onların əsas hədəfi vətəndaşla polisi, xalqımızla dövləti üz-üzə qoymaq, nifaq salmaqdır. Şübhə yoxdur ki, onların niyyəti həmişəki kimi gözlərində qalacaq. Çünki Azərbaycanda dövlətlə xalqı, insanları qoruyan hüquq-mühafizə orqanlarını bir-birinə bağlayan tellər güclüdür və sarsılmazdır. Bunun müasir tarixdə bir çox nümunələri var. Sosial şəbəkələrdə məsuliyətsiz, qızışdırıcı şərhlər yazan şəxslər və bəzilərini buna sövq edən dairələrin əsas məqsədi də məhz budur". O qeyd edib ki, hər bir kollektivdə kimsə səhv edə bilər:Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Komissiya yaradılıb Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir. Dünən Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri Gədəbəy rayonuna gəlib. Komissiya Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etməli, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmalı, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir. Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
söyüdlü
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/16/456157572_320:0:1281:721_1920x0_80_0_0_af5704d621d44bec7cfb69b7d6d04f04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
söyüdlü, gədəbəy, deputat
söyüdlü, gədəbəy, deputat
Deputatlar Söyüdlüdə baş verən hadisəyə münasibət bildiriblər
Fazil Mustafa bildirib ki, bəziləri odun üstünə daha çox benzin tökmək yarışına giriblər. Sosial şəbəkədə Gədəbəydə süni göldə süni balıq tutmağa çalışırlar. Onlar bununla dövlətimizin Şərqi Zəngəzurda apardığı işin üstünə kölgə salırlar.
BAKI, 23 iyun — Sputnik. "Gədəbəyin Söyüdlü kəndində baş verənlər birdən-birə olmayıb. Heç nə birdən birə olmur. İki həftə əvvəl Rusiyada yaşayan 2 nəfər gəlib bu hadisələr üçün pul toplayıb. Başqa adamların, Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin və keçmiş millət vəkili Nazim Bəydəmirlinin də adı çəkilir. Bir çoxu da mahiyyətə varmadan bu prosesə qoşulur".
Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elman Nəsirov deyib.
O bildirib ki, Azərbaycan polisi öz vəzifəsini icra edib:
"Bu zaman bir polis qaydanı pozub, o da cəzalandırılacaq. Daxili İşlər Nazirliyi bununla bağlı yoxlama təşkil edib və əməkdaşlarını Söyüdlüyə göndərib. Dövlət bütün imkanlarından istifadə edir ki, bu hadisənin əsas mahiyyəti önə çıxsın".
Fazil Mustafa: Sosial şəbəkədə Gədəbəydə süni göldə süni balıq tutmağa çalışırlar
Deputat Fazil Mustafa çıxış edərək deyib ki, bir polisin köntöy hərəkəti bütün polislərə aid edilməməlidir. Deputat bildirib ki, bəziləri odun üstünə daha çox benzin tökmək yarışına giriblər:
"Sosial şəbəkədə Gədəbəydə süni göldə süni balıq tutmağa çalışırlar. Onlar bununla dövlətimizin Şərqi Zəngəzurda apardığı işin üstünə kölgə salırlar".
Gədəbəyin deputatı Söyüdlüdə baş verənlərə münasibət bildirib
103 saylı Gədəbəy Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Sevinc Hüseynova Söyüdlü kəndində baş verənlərə münasibət bildirib. Sevinc Hüseynova parlamentin bugünkü iclasında deyib ki, hazırda rayonda bu hadisələrlə bağlı iş aparılır:
"İlkin məlumatlar olsa da, nəticəni gözləməliyik. Söyüdlü kəndində əhalinin əsas məşğulluq sahəsi əkinçilik, maldarlıqdır. Sovet dövründən bu kənd alimlər kəndi kimi də tanınır. Söyüdlü kəndinin əhalisi I və II Qarabağ müharibəsi zamanı vətənə xidmət edib. Rayonumuzda baş verən hadisə məndə təəssüf hissi doğurur. Dağın başında halal əməyi ilə övlad böyüdən insanların ekoloji sağlam mühitdə yaşamaq istəyi onların hüququdur. Hadisə zamanı qoca qadına olan polisin kobud rəftarı qəbuledilməzdir. Əminəm ki, bu hərəkətə hüquqi qiymət veriləcək".
Deputat bu hadisənin necə yarandığına da münasibət bildirib:
"Bu hadisənin Laçın-Xankəndi yolunda ekofəallarımız nəticələr əldə edəndən, sülh müqaviləsi ilə bağlı irəli addımlar atılan zaman baş verməsi suallar yaradır. Ucqar kənddə bu hadisənin baş verməsinin arxasında təbii ki, kimlərsə dayanır. Lakin bu qüvvələrin niyyəti gözündə qaldı. Hadisənin qarşısı aidiyyəti qurumlar tərəfindən dərhal alındı və reaksiya verildi. Birmənalı olaraq əminəm ki, Söyüdlüdə iş aparan hüquq-mühafizəsi orqanları, həm də Komissiya bu problemi həll edəcək. Sakinlərimizin ekoloji çirklənmə ilə bağlı müraciətləri vaxtında həll olunacaq. Düşünürəm ki, bu hadisəni törədənlər də öz layiqli cəzasını alacaq".
"Gədəbəydə baş verənlər istənilən cəmiyyətə xas haldır"
Milli Məclisin deputatı Elnur Allahverdiyev çıxışı edərək deyib ki, Gədəbəydə baş verənlər istənilən cəmiyyətə xas haldır. Dövlətin də əsas funksiyası onu qanun çərçivəsində həll etmək və yoluna qoymaqdır.
O söyləyib ki, həmin hadisədən istifadə edib öz məkrli niyyətlərini həyata keçirməyə çalışan şəxslər və dairələr var:
"Açıq görünür ki, onların əsas hədəfi vətəndaşla polisi, xalqımızla dövləti üz-üzə qoymaq, nifaq salmaqdır. Şübhə yoxdur ki, onların niyyəti həmişəki kimi gözlərində qalacaq. Çünki Azərbaycanda dövlətlə xalqı, insanları qoruyan hüquq-mühafizə orqanlarını bir-birinə bağlayan tellər güclüdür və sarsılmazdır. Bunun müasir tarixdə bir çox nümunələri var. Sosial şəbəkələrdə məsuliyətsiz, qızışdırıcı şərhlər yazan şəxslər və bəzilərini buna sövq edən dairələrin əsas məqsədi də məhz budur".
O qeyd edib ki, hər bir kollektivdə kimsə səhv edə bilər:
"Əgər polis də səlahiyyətlərini aşıbsa, o, mütləq qanun və təqdimatlara əsasən ya cəzasını alacaq, ya da barəsində müvafiq ölçü götürüləcək. Belə faktlar çoxdur. Polis bu kimi məlumatları cəmiyyətlə bölüşür. Unutmayaq ki, polis vətənin bütövlüyü uğrunda çoxlu şəhid verib, qazi olanları var. Polisdə də səhv edən əməkdaş ola bilər. Əminəm ki, səhv əməlin qiymətinin verilməsinin öz qaydası var. Hər kəsi ayıq olmağa çağırıram".
Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Komissiya yaradılıb
Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb.
Komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir. Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.
Dünən Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın üzvləri Gədəbəy rayonuna gəlib.
Komissiya Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etməli, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərini araşdırmalı, monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.