https://sputnik.az/20230623/deputat-azteminatlilar-ucun-ucuz-supermarketlerin-acilmasini-teklif-edib-456195015.html
Deputat aztəminatlılar üçün ucuz supermarketlərin açılmasını təklif edib
Deputat aztəminatlılar üçün ucuz supermarketlərin açılmasını təklif edib
Sputnik Azərbaycan
Millət vəkili bildirib ki, belə supermarketləri bir çox xarici ölkədə görüb. Həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının... 23.06.2023, Sputnik Azərbaycan
2023-06-23T14:32+0400
2023-06-23T14:32+0400
2023-06-23T14:32+0400
supermarket
deputat
milli məclis
ərzaq
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122625_0:0:3073:1728_1920x0_80_0_0_4303579317d46050ed06e6bae82bc330.jpg
BAKI, 23 iyun — Sputnik. "Bazarlarda ciddi bahalıq var, bunun səbəbi həm də dünyada gedən proseslərdir. Ona görə də görülən tədbirlərə baxmayaraq, qiymətlərdə enmə yox, qalxma müşahidə edilir, bu da əhalinin kasıb hissəsini daha çox əzir". Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, hökumət, İqtisadiyyat və Maliyyə nazirlikləri tərəfindən tədbirlər görülür:Xatırladaq ki, 2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-may aylarına nisbətən 113,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 faiz təşkil edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42412/26/424122625_0:0:2731:2048_1920x0_80_0_0_289810cee64934e564a88320c9553862.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
supermarket, deputat, milli məclis, ərzaq
supermarket, deputat, milli məclis, ərzaq
Deputat aztəminatlılar üçün ucuz supermarketlərin açılmasını təklif edib
Millət vəkili bildirib ki, belə supermarketləri bir çox xarici ölkədə görüb. Həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış sənədinin verilməsi mümkündür.
BAKI, 23 iyun — Sputnik. "Bazarlarda ciddi bahalıq var, bunun səbəbi həm də dünyada gedən proseslərdir. Ona görə də görülən tədbirlərə baxmayaraq, qiymətlərdə enmə yox, qalxma müşahidə edilir, bu da əhalinin kasıb hissəsini daha çox əzir". Bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, hökumət, İqtisadiyyat və Maliyyə nazirlikləri tərəfindən tədbirlər görülür:
"Təklif edirəm ki, xarici ölkələrdən idxal edilə biləcək qiyməti daha aşağı, amma keyfiyyətli məhsulları müəyyən etmək üçün işlər aparılsın. Aidiyyəti dövlət qurumlarının xarici ölkələrə nümayəndələri ezam oluna bilər ki, onlar bu sahədə araşdırma və danışıqlar aparsın. İkinci təklifim isə dövlət tərəfindən himayə olunan və dəstək verilən ucuz supermarketlərin həm rayonlarda, həm də şəhərlərdə açılmasıdır. Belə supermarketləri bir çox xarici ölkədə görmüşəm. Başa düşürəm ki, həmin marketlərə bütün əhali axışa bilər. Onun üçün də xüsusi siyahının hazırlanması və həmin adamlara buraxılış sənədinin verilməsi mümkündür. Bu siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində var. Əlavə olaraq, rayon icra hakimiyyətlərində də ərzaq yardımı verilən, kasıb əhalinin siyahısı mövcuddur".
Xatırladaq ki, 2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-may aylarına nisbətən 113,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 115,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 111,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,6 faiz təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.